NAZİR ŞÖBƏ MÜDİRİ İLƏ BACARMIR
Tarix: 16-12-2011, 16:07 | Çap et
VERGİLƏR NAZİRLİYİ ƏLİ HƏSƏNOVUN KÖŞKLƏRİNİ YOXLAYA BİLMƏZ
DİA.AZ: - Bakı şəhərində qəzet satışı ilə bir sıra firmalar məşğul olur. İnsafla desək, "Qasid"in, "Qaya"nın və "Metr-servis"in ("Azərmətbuatyayımı" isə rayonlarda bu işi görür) xidmətlərindən elə bir ciddi narahatçılıq indiyədək olmayıb. Onsuz da Azərbaycanda qəzet bazarını bir-iki nəfər artıq bazara çevirib, KİV-ə Dəstək Fondunun vəsaitlərini pay-püşt etməklə məşğuldurlar.
Bəs qəzet istehsalı ilə məşğul olan əsil qəzetçilər neyləsinlər?
Təzəlikcə Bakı küçələrində üzərinə "Press-kiosk" sözləri yazılmış bəzəkli köşklər əmələ gəlib. Kimə məxsusluğu dəqiqləşməsə də, hiss olunur ki, həmin adam çox acgöz və görməmiş adamdır. çünki üzərinə "Press-kiosk" sözü yazılmış bu köşklərdə ən azı qəzet satışı üstünlük təşkil etməlidir. Amma etmir.
***
Araşdırmalara görə, bu ilin avqustunda paytaxta gətirilən yaşıl günbəzli yeni qəzet köşkləri ilə bağlı narahatlıq getdikcə artır. Bu köşklər əsasən "Qasid" mətbuat yayımı firmasının köşklərinin yerində qoyulur. Bildirək ki, yeni köşklərdə qəzet əvəzinə, daha çox şirniyyat və xırdavat satılır. Oxucular isə köşklərdə müxalifət və müstəqil mətbuatı tapa bilmədiklərindən şikayətlənirlər: "Redaksiyamıza gələn çoxsaylı oxucu şikayətləri göstərir ki, yeni köşklərdə müxalifət qəzetləri satılmır. Ekspertlər isə bildirirlər ki, yeni quraşdırılan obyektlər formal şəkildə qəzet köşkü adlansa da, onlarda poliqrafiya məmulatı satışı cəmi 10 faiz təşkil edir. Qəzet və jurnallarla yanaşı, köşklərdə içki, tütün məmulatı, şirniyyat, müxtəlif məhsullar, dəftərxana ləvazimatı satılır, həmçinin surət çıxarılır... Dünən paytaxtda yeni qoyulan bu səliqəli köşklərin bir neçəsində olub vəziyyətlə maraqlandıq. Vəziyyət oxucular dediyindən də acınacaqlı idi. Bəzi yeni köşklər yerləşdirilsə də, hələ işləmir. "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında qoyulan yeni köşkün yanında "Qasid"in köşkü fəaliyyət göstərir. Satıcıdan öyrənirik ki, metro stansiyasının yaxınlığına üç yeni köşk quraşdırılsa da, heç biri fəaliyyət göstərmir. O, yeni köşklərin əvəzində "Qasid"in köşkünün sökülüb-sökülməyəcəyindən də xəbərsizdir... Metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında qoyulmuş yeni köşk isə daha çox mini marketə oxşayır. Burada xırdavatdan tutmuş, müxtəlif çeşidli şirniyyatlara, yeni il aksessuarlarına qədər çox şeyə rast gəlmək mümkündür..." Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən köşkdə isə "Yeni Müsavat" qəzetini soruşduqda, satıcı bildirir ki, qəzet yoxdur. O, bunun səbəbini açıqlamır. Gündə neçə qəzet satdığı barədə də məlumat vermək istəmir. Satıcı qəzetləri haradan aldıqlarını da bilmədiyini deyir. çöldə qəzet üçün qoyulmuş vitrində isə köhnə tarixli dövlət qəzetləri qoyulub".
"Qaya" mətbuat yayım firmasının direktoru Xanhüseyn Əliyev isə bildirib ki, hələ 6 ay əvvəl şəhərə 150 yeni köşkün gətiriləcəyi barədə məlumat alarkən, vəziyyətin ciddi olacağını güman edirdi: "İndi də bu, təsdiqini tapdı. Deyirlər ki, köşklər Bakı Şəhər İcra Hakimiyyəti, yaxud onun nəzdindəki Ticarət Departamenti tərəfindən quraşdırılır. Bunlar diqqəti yayındırmaq üçün deyilən fikirlərdir. Bu köşklər qəzet satmaq məqsədi ilə qoyulmayıb. Bu köşklərin arxasında ciddi oyunlar gedir. Bu, mətbuat yayımını inhisara almaqdır. Əgər köşk qoyurlarsa, bizim köşklərimiz niyə qaytarılmır? Bizim 22 köşkdən 9-nu götürüblər. Əksinə, bu, davam edir, artıq rayonlarda da köşklərimiz götürülür. Gəncədə, Sumqayıtda köşklərimizi yığışdırırlar. Bir adam ələ alır hər şeyi... Bu da gözdən pərdə asmaq üçündür. Bir-iki qəzet götürürlər, vəssalam".
X.Əliyev deyib ki, bu köşklərin arxasında duran şəxs kifayət qədər gücə malik olduğundan, "Qasid" səsini çıxara bilmir. "Qasid"in müdir müavini Ağəli İsmayılov isə bildirib ki, yeni köşklərə qəzetlərin hansı qurum tərəfindən verildiyindən xəbərsizdir: "Dəqiq bilmirəm. Bizdən də alırlar. Bildiyimə görə, "Qaya"dan da götürürlər".
***
Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov isə qeyd edib ki, Bakıda quraşdırılan yeni köşklərin sayı 30-u keçib: "Hamısı da işləyir. Köşklərdə "Qasid"in məhsullarından istifadə olunur". Köşklərin mini marketlərə bənzəməsi barədə iradımızı eşidən Ə.Bağırov bildirir ki, bu cür gileyləri dəfələrlə eşidib: "Məqsədimiz odur ki, şəhərimizdə qəzet köşkləri dəyişdirilsin, yeni, vahid dizayna malik köşklər qoyulsun. Köşklərdə şirələrin, şirniyyatın kim tərəfindən gətirilməsindən xəbərsizəm. Sabah ola bilər ki, bu köşklərdə ət, balıq, süd də satılsın. Mən də istəyirəm bu köşklərdə qəzet satılsın".
Jurnalist Şahvələd Çobanoğlu bildirir ki, problemlə bağlı Redaktorlar Birliyində qəbul olunan bəyanatda vəziyyətin nə qədər gərgin olduğu göstərilir və gün-gündən pisləşdiyi qeyd olunurdu: "Vəziyyətdən çıxmaq üçün də təkliflər vardı. Azərbaycanın bölgələrində, kəndlərində qəzet almaq çətin məsələdir, yayım firmaları yoxdur. Poçt şöbələrində də qəzetlər satılmır. Hazırda bu vəziyyət paytaxtda yaradılır. "Qasid"in köşklərinin yığışdırılması davam edir. Firmalar yeni köşklərə qəzet vermir. çünki ortada müqavilə yoxdur, yeni köşklər özləri də qəzet satmağa meylli deyillər. Bəlkə çəkinirlər, ya da tapşırıq var. Biz vəziyyətlə bağlı dövlət başçısına müraciət etdik, ancaq vəziyyət yaxşılaşmadı. Heç bəyanata cavab da gəlmədi. Bu, söz azadlığına basqının bir növü kimi qiymətləndirilməlidir...Redaktorlar Birliyi yenidən bu məsələyə münasibət bildirməlidir".
***
Qeyd edək ki, təzə köşklərlə bağlı şəhərin bəzi yerlərində reyd keçirmişik. Yuxarıda deyilənlər təsdiqini tapıb. Köşklərdə çalışanlar özləri də etiraf ediblər ki, əsasən digər malların alış-verişini edirlər. Həm də daha çox siqaret və şirniyyatın... O ki qaldı bu köşklərin üzərinə "Press-kiosk" sözlərinin yazılmasına, qəzetdən başqa hər şey satan bu köşklərin birində bizə bunun səbəbini belə izah etdilər: "Bu, köşklərdə vergi güzəstlərinin aşağı olması üçün nəzərə alınıb və belə yazılıb..."
Həqiqətən də qəzetlərin adı altında alver etmək indi çoxlarına maraqlı biznesdir. çünki qanunla bu sahəyə vergi güzəşti var, hətta KİV-lər gəlir vergisindən də azaddırlar...
Onu da bildirək ki, israrlı inkara baxmayaraq yeni köşklər son zamanlar media aləmində çox ciddi güc sahibinə çevrilən Prezident administrasiyasının şöbə müdiri Əli Həsənova aiddir. Bu barədə redaksmiyamıza ötürülən məlumatlardan o da aydın olur ki, Əli Həsənovun yeni köşklərinə ümumiyyətlə vergi tətbiq olunmur.
Bu barədə redaksiyamıza məlumat verən vergilər nazirliyindəkö mötəbər qaynaq bildirir ki, ilk əvvəl VN strukturları yeni köşklərə «həmlələr» etmək istəsələr də alınmayıb: «Əvvəlcə bizə bildirdilər ki, kökşklər Bakı Şəhər İcra Hakimiyyətinə məxsusdur. Sonradan isə BŞİH-dən də məlumatı təkzib etdilər. Və nəhayətdə Preziden Administrasiyasından gələn tapşırığa əsasən VN-nin əməkdaşlarının yeni köşkləri hansısa formada təftiş etməsi qadağan edildi».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|