YUNANISTANDA BÖHRAN EFİR MƏKANINI DA VURDU
Tarix: 12-06-2013, 12:15 |
Çap et
DÖVLƏT KANALI BAĞLANIRFaktXəbər-in verdiyi məlumata görə, maliyyə böhranından xilas ola bilməyən Yunanıstanda dövlət televiziyası fəaliyyətini dayandırılıb. Dövlət televiziyası olan "ERT TV"-nin əvəzinə isə özəl bir telekanal fəaliyyət göstərəcək.
Qeyd edək ki, Yunanıstan hökuməti mövzu ilə bağlı açıqlayıb ki, televiziya işçiləri təzminatlarını alacaq və yeni yaradılacaq qeyri-dövlət yayım təşkilatında onlardan bir qismi işləyəcəklər.