DEPUTAT QARADAĞIN İCRA BAŞÇISINI "VURDU"
Tarix: 13-06-2013, 13:05 |
Çap et
VHP SƏDRİ NƏDƏN NARAHATDIR?Milli Məclisdə cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən deputat Sabir Rüstəmxanlı Abşeron torpaqlarının saılmasından şikayətlənib, ARDNŞ-i sərt tənqid edib.
SalamNews xəbər verir ki, o, Abşeron torpaqlarının kimlərə satılmasının müəyyənləşdirilməsini zəruri sayıb: "Qaradağ yolundakı mayakın ətrafını söküblər. Belə olmaz.”
S.Rüstəmxanlı Türkiyədə bəzi telekanallarda Şah İsmayıl Xətai kimi tarixi şəxsiyyətlərimizin təhqir olunlduğunu bildirib: "Məsələn, Kanal 24 telekanalında Şah İsmyaıl təhqir olunur. Bu telekanal ARDNŞ-ə məxsusdur, o teleakanalda niyə Şah İsmayıl təhqir olunur? ARDNŞ rəhbərliyi buna cavab verməlidir.”