İBRAHİMOV QARDAŞLARI MEYDAN SULAYIRLAR
Tarix: 21-06-2013, 16:02 | Çap et
“AVESTA” KONSERNİNDƏN MÜDHİŞ FIRILDAQ
DİA.AZ: - Bu gün ölkəmizin paytaxtında inşa olunan yaşayış binalarında satışa çıxarılan mənzillər ətrafında yaşanan müxtəlif qalmaqallarla artıq heç kəsi təəccübləndirmək olmaz. Belə mənzillərin eyni vaxtda bir neçə vətəndaşa satılması, saxta sənədlərin təqdim olunması və digər müxtəlif üsullarla vətəndaşların aldadılması hallarına kifayət qədər tez-tez rast gəlinir. Əlbəttə ki, hüquq-mühafizə orqanları tərəfindən bu kimi dələduzluq əməllərinin qarşısının alına bilməməsi çox təəssüf doğuran haldır. Digər tərəfdən isə, bəzi hallarda vətəndaşların özləri də dələduzların toruna düşmələri və hətta təqsirkarların məsuliyyətə cəlb oluna bilməmələri üçün “əllərindən gələni edirlər.”
Belə ki, biz öz təcrübəmizdə dəfələrlə mənzil almaq istəyən vətəndaşların heç bir qanuni ödəniş çeki, müqavilə və digər hüquqi sənədlər olmadan, sadəcə “centlmen razılaşması” əsasında hər hansı şirkətə külli-miqdarda pul ödəmələrinin də şahidi olmuşuq. Lakin Elşad Məmmədovun başına gələnləri qətiyyən, heç bir halda onun səhlənkarlığı ilə izah etmək olmaz. Daha dəqiq desək bu qaranlıq məsələdə nə inşaat şirkəti ilə bağlanmış müqavilənin sonradan birtərəfli qaydada ləğv olunmasını, nə bu qanunsuz qərarın Nəsimi rayon məhkəməsi tərəfindən qüvvədə saxlanmasını, nə yarım milyonluq vəsait dövriyyəsinin şəffaflığını təmin edə bilməyən şirkətə yüz milyardlıq layihənin etibar olunmasını, nə də bütün bu məqamların doğurduğu çoxsaylı sualları ümumiyyətlə heç bir məntiqi əsaslarla izah etmək olmur.
Qeyd etməliyik ki, bu günlərdə DİA.AZ-a ərizə ilə müraciət etmiş Qazax rayon sakini Elşad Məmmədovun başına gələnlər artıq bir neçə dəfə müxtəlif kütləvi informasiya vasitələrində ictimai müzakirəyə çıxarılıblar. Bununla belə oxucularımızın və xüsusən də müvafiq instansiya rəhbərlərinin diqqətini cəlb etmək məqsədilə yaranmış insidenti təfərrüatlarını bir daha xatırlatmaq qərarına gəldik. Beləliklə, E.Məmmədov öz ərizəsində bildirir ki, o, 2012-ci ilin fevral ayında Orxan Sadıxov adlı bir şəxsin vasitəçiliyi və müşayiəti ilə, tanınmış iş adamı Hacı İbrahim İbrahimovun rəhbərlik etdiyi “Avesta Konserni”nin Bakının Atatürk prospektində yerləşən ofisinə gəlmişdir.
Burada E.Məmmədov “Avesta Konserni”nə daxil olan “Həsən 96” MTK tərəfindən Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlayır. Bu mənzillərin qiyməti isə müvafiq olaraq 252 min manat və 103 min manat məbləğində müəyyənləşdirilir. Prosesdə konsernin Zülü adlı daha bir əməkdaşı da iştirak edir. “Həsən 96” MTK tərəfindən verilmiş və MTK-nın sədri E.H.Tağıyev tərəfindən imzalanmış maliyyə arayışında isə qeyd olunur ki, həmin mənzillərin dəyəri Elşad Məmmədov tərəfindən MTK-ya tam ödənmişdir. Bundan bir müddət sonra E.Məmmədov həmin mənzillərdən birini (52 saylı) satmaq fikrinə düşür.
Elə bu məqamda Orxan Sadıxov Elşaddan həmin mənzilə aid müqaviləni və digər sənədləri müştəriyə göstərmək bəhanəsilə alır. Aradan bir neçə gün keçəndən sonra isə Elşad Orxanın sənədlərlə birlikdə “itdiyini” başa düşür. Bundan sonra “itmiş” sənədləri bərpa etmək məqsədilə E.Məmmədov ikinci dəfə “Avesta Konserni”nin ofisinə gəlir. Burada isə ona deyirlər ki, sözü gedən müqavilə artıq “Həsən 96” MTK tərəfindən birtərəfli qaydada ləğv olunmuşdur. Bundan sonra Elşad min-bir əziyyətlə Hacı İbrahim İbrahimovun qəbuluna düşür. Problemin tezliklə həll olunacağını gözləyən şikayətçi ən azından ödədiyi pulu geri tələb edir. Lakin İ.İbrahimov onu hədələyərək hələ bir ikinci evin də sənədlərini gətirməsini tələb etmişdir. Təbii ki, Elşad imtina etmişdir. Şikayətçinin sözlərinə görə bundan sonra ona qarşı konsernin rəhbərliyi tərəfindən ciddi təhdid və hədələrə rəvac verilmişdir. Hətta iş o yerə gəlib-çıxmışdır ki, Elşad Məmmədov ailəsinin və özünün təhlükəsizliyi üçün Bakıdan qaçaraq rayondakı qaçqın qohum-əqrəbasına sığınmaq qərarına gəlmişdir. Onun sözlərinə görə konsernin mühafizə xidmətinin əməkdaşları bəzən açıq nömrədən də zəng vuraraq Elşadı təhdid etmişlər ki, “səni banditizmə apararıq, problem yaratma”. Belə nömrələrdən birini şikayətçi bizə də təqdim etmişdir: 070 260 04 07.
Bu arada Elşad Məmmədov və onun ailəsi barədə bəzi məlumatları da təqdim etməyi lazım bildik. Elşad özü və iki qardaşı gənc yaşlarından valideynlərini itiriblər. Bu gün əllərində olan nə varsa, hər şeyə böyük zəhmət və əziyyətlə nail olublar. Hər üç qardaş Yeni Azərbaycan Partiyasının üzvüdür. Elşad Məmmədov vaxtilə Binəqədi rayonunda YAP-ın “Göyəzən” adlı gənclər təşkilatını yaradıbmış, təşkilata cəlb etdiyi xeyli sayda gəncin üzvlük haqqını da öz cibindən verirmiş. Elşadın böyük qardaşı İlqar Məmmədov isə Qarabağ müharibəsi veteranıdır...
Lakin bütün bunlar nə “Avesta Konserni”nin rəhbərliyi üçün, nə də tərəflərin sonradan üz tutduqları məhkəmə instansiyaları üçün göstərici deyil. Məsələ bundadır ki, E.Məmmədovun əlində qalan ikinci müqavilə də Hacı İbrahim İbrahimovun müraciətinə əsasən Nəsimi rayon məhkəməsinin hakimi Səyyad Qafarinin qəbul etdiyi qətnamə ilə ləğv olunmuşdur. Əlbəttə, biz məhkəməyə müraciət edən şəxslərin kimliyinin və onların xidmətlərinin qərar çıxarılan zaman nəzərə alınmalı olmadığını başa düşürük. Lakin nəzərdən keçirdiyimiz halda məhkəmənin qəbul etdiyi qərar özü qanuna ziddir. İddiaçı İ.İbrahimov bildirir ki, onun mənzilin E.Məmmədova satılmasında vasitəçilik edən Orxan Sadıxovla bağladığı başqa bir müqavilə də mövcuddur. Həmin müqaviləyə əsasən O.Sadıxov Bakı-Salyan yolunun 27-29-cu kilometrliyində yerləşən “Xəzər Adaları” kompleksinin ərazisində yerləşən “Skat” restoranının vitraj və pəncərə sistemlərinin quraşdırılması işlərini icra etməli idi.
Nəzərdə tutulan işlərin ümumi dəyəri isə 500 min manat məbləğində müəyyənləşdirilmişdir. İ.İbrahimov iddia edir ki, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin E.Məmmədova satışı da məhz “Skat” restoranında görülən işlərin müqabilində həyata keçirilmişdir. Amma bir müddət sonra məlum olmuşdur ki, Orxan Sadıxov həmin restoranda heç bir iş görməmişdir. Buna görə də iddiaçı E.Məmmədovla bağlanmış müqavilənin ləğvini tələb etmişdir. Məhkəmə də bu iddianı təmin etmişdir. İndi bu qərarın qanuni demirəm, heç olmasa məntiqi əsaslarını kim izah edə bilər? Əgər Orxan Sadıxov “Avesta Konserni” kimi bir nəhəngin qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, bunun cəzasını digər bir vətəndaşmı çəkməlidir? O.Sadıxov “Skat” restoranının vitrajlarını qoymadı, “Avesta Konserni” öz mənzillərini geri aldı, bəs Elşad Məmmədovun ödədiyi 355 min manat pul necə oldu? Axı Elşad bu pulu nəğd şəkildə MTK-ya ödədiyini iddia edir və bütün sənədlər də (ödəniş qəbzi, maliyyə arayışı) məhz bunu təsdiq edir!
Amma görünür "Khazar İsland" lahiyyəsinin rəhbəri, "Avesta" Konserninin Prezidenti Hacı İbrahim İbrahimovun nüfuzu bütün rəsmi sənədlərin hüquqi mahiyyətini üstələyir. Yeri gəlmişkən, Elşad Məmmədov öz ərizəsində İ.İbrahimovun onunla söhbətində, “əgər Arif Paşayevdən yuxarı instansiya tanıyırsansa, ora məndən şikayət edə bilərsən”- kimi ifadə işlətdiyini də qeyd etmişdir. Həqiqətən də bu gün E.Məmmədovun şikayət etmədiyi instansiya qalmayıb. Bir ünvana bəlkə də 10 dəfə məktub göndərib.
Bu məktublar ölkə prezidentinə, baş prokurora, müdafiə naziri xaricində bütün güc nazirliklərinə, Mehriban xanım Əliyevaya, Ramiz Mehdiyevə, müxtəlif məhkəmələrə, polis bölmələrinə və sair qurumlara ünvanlanıb.. Amma bu şikayətlərə baxılmır ki, baxılmır. Sonda isə Elşad Məmmədovun vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Kamil Əliyevin Baş Prokuror Zakir Qaralova ünvanladığı məktubun məzmunu ilə də oxucularımızı tanış etmək istədik: “Hörmətli cənab Baş Prokuror! Bir vəkil olaraq mənim çalışmağımdan şikayətçi Elşad Məmmədova bir fayda çatmır, vəziyyət dəyişmir.Vətəndaşın 355 000 (üç yüz əlli beş min) manat dəyərində mülkiyyəti olan daşınmaz əmlakı (mənzilləri) dələduzluq və vəzifə səlahiyyətlərini aşma yolu ilə əlindən alınmışdır. Hörmətli Baş Prokuror, sizə göndərilmiş şikayətlərə məhəl qoyulmur, sistemli şəkildə proseduralar pozulur. Təhqiqatçı şikayəti təmin etmək və yaxud rədd etmək haqqında qərar belə çıxarmır, şikayətçi Elşad Məmmədovun ərizəsini araşdırmadan bölmənin dəftərxanasında olan materiala tikir. Kimlərəsə ərköyünlük statusu verilirsə, ona qarşı Baş Prokurorluq tərəfindən mütləq sanksiyalar tətbiq olunacağına inanırıq. Çünki bu ərköyünlüyə nə ölkə başçısı, nə də ki, baş prokuror razılaşa bilməz.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Dünən, 15:30 |
|
|
|
|