Türkiyənin Antalya kurort şəhərində 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend cümə günü "Habertürk" qəzetinə istinadən məlumat verir. Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir. Qeyd edək ki, dünən Türkiyənin Muş vilayətində 4,4 bal gücündə zəlzələ baş vermişdi.