KEÇMİŞ PREZİDENT ÖLÜM AYAĞINDA
Tarix: 2-07-2013, 11:15 |
Çap et
MANDELLANIN DURUMU KRİTİKDİRCənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın vəziyyəti ağır, lakin sabit olaraq qalır. Bu barədə CAR prezident aparatının mətbuat katibi Mak Maharac məlumat verib.
Onun sözlərinə görə, iyunun əvvəllərində paytaxt Pretoriyanın xəstəxanalarından birinə yerləşdirilən Nelson Mandela süni həyat təminatı sisteminə qoşulub. Həkimlər Mandelanın həyatını xilas etmək üçün mübarizə aparırlar, lakin onun vəziyyətində yaxşılaşma müşahidə edilmir. Nelson Mandelanın övladları və nəvələri onun yerləşdirildiyi xəstəxanaya gəlib və onun üçün dua edən sakinlərə qoşulublar.
Bu arada, CAR-ın hazırki prezidenti Ceykob Zuma ölkə vətəndaşlarını iyulun 18-də qeyd edilən "Mandela Günü"nə hazırlaşmağa çağırıb. Həmin gün Nelson Mandelanın 95 yaşı tamam olacaq.
Qeyd edək ki, 1994-cü ildən 1999-cu ilədək CAR-a rəhbərlik etmiş N. Mandela ölkənin ilk qaradərili prezidentidir. İrqi ayrıseçkiliyə qarşı mübarizəsinə görə 27 il həbsdə olan Nelson Mandela 1993-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb.