MİSİRİN NAMÜBARƏK GÜNLƏRİ
Tarix: 3-07-2013, 13:02 |
Çap et
HƏRBÇİLƏR HAKİMİYYƏTƏ ƏL QOYA BİLƏRMisirdə Silahlı Qüvvələrin verdiyi möhlətin bitdiyi vaxtda ölkənin siyasi vəziyyəti daha da mürəkkəbləşib.
SalamNews un “aljazeera.net”a istinadla verdiyi xəbərə görə, Misirin Silahlı Qüvvələrin Ali Şurası tərəfindən verilən bəyanatın ardından ölkədə siyasi böhran maksimum həddə çatıb.
Prezident Məhəmməd Mursinin hakimiyyətdən getməyəcəyi ilə bağlı kəskin çıxışından sonra Silahlı Qüvvələrin Ali Şurası da misirlilərin tərəfində olduğunu və ölkəni iftatçı, cahil və radikallardan qoruyacağını bildirib.
Bu arada prezidentin tərəfdarları və əleyhdarları Qahirə və digər şəhərlərin meydanlarında nümayişlərini davam etdirirlər. Muxalifətin “Üsyan” hərəkatı milli qvardiyanı prezidenti həbs etməyə çağırıb.
Silahlı Qüvvələrin siyasi böhranın aradan qaldırılması ilə bağlı verdiyi iki sutkalıq möhlət bu gün axşam bitir. Misirin "əl-Əhram" qəzeti Silahlı Qüvvələrin verdiyi möhlətin hökumətə şamil olduğunu bildirib. Silahlı Qüvvələrə aid mənbələrdən sızan məlumata əsasən, onlar Ali Konstitusiya Məhkəməsinin sədrliyi ilə yeni şura yaradıb Konstitusiyanı ləğv edəcəklər. Müvəqqəti hökumətə isə hərbi rəhbərlərdən biri seçiləcək.