QARDAŞ OLUB HAYASTAN-İRAN...
Tarix: 22-12-2011, 12:22 |
Çap et
ƏHMƏDİNEJAD İRƏVANA GEDİR
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad dekabrın 23-də Ermənistana səfər edəcək. Bunu Ermənistanın İrandakı səfiri Qriqori Arakelyan açıqlayıb.
“Media forum” saytının məlumatına görə, Arakelyan səfərin Ermənistan prezidenti Serj Sərkisyanın dəvəti ilə həyata keçiriləcəyini deyib.
Səfir bildirib ki, İran prezidentinin səfəri imzalanma üçün nəzərdə tutulan sənədlər hazır olmadığına görə bir neçə ay əvvəl təxirə salınmışdı.