FHN ŞEFİ GÖMRÜYÜN FƏALİYYƏTİNİ ARAŞDIRTDIRIB
Tarix: 19-07-2013, 13:50 |
Çap et
«ROKFELLER» HƏDƏFƏ ÇEVRİLİB
DİA.AZ: - Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova gömrük sistemindəki özbaşınalıqlarla bağlı xəbərdarlıq edilib. Bu ilginc məlumatı DİA.AZ-a çatdıran Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, son zamanlar ayrı-ayrı sahibkarların gömrük orqanları tərəfindən incidilməsi seçkiqabağı dönəm üçün ümumiqtidar maraqlarına təhdid hesab olunduğundan bu məsələni nəzarətə götürməsi üçün FHN şefinə xəbərdarlıq edilib.
Mənbə bildirir ki, bu xəbərdarlığın ardından dərhal sonra araşdırmalara başlayan Kəmaləddin Heydərov maraqlı nəticələr əldə edib: «Araşdırma nəticələri də təsdiqləyib ki, bu gün ən çox narazılıq edilən gömrük orqanı Astara gömrük idarəsidir. Bu fakt müəyyən olunduqdan sonra Kəmaləddin Heydərovun adından Astara gömrükxanasının rəhbəri, «Rokfeller» ləqəbli Hikmət Məmmədova ciddi şəkildə xəbərdarlıq olunub və ona özünü düzəltməsi üçün vaxt verilib».
Mənbə iddia edir ki, seçkilərə qədər Hikmət Məmmədovdan hansısa sahibkar narazı qalarsa, bu məsələ onun vəzifəsi ilə vidalaşması üçün yetərli olacaq. Onu da xatırladaq ki, çoxdandır Hikmət Məmmədovun adı bir sıra qalmaqallarda da hallandırılır və onun görəvindən azad ediləcəyi də məlumatlarda qeyd olunur.