SƏRHƏD QOŞUNLARINDA BALIQ BİZNESİ
Tarix: 28-12-2011, 11:49 | Çap et
LƏNKƏRAN HADİSƏLƏRİNİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ
DİA.AZ: - Azərbaycan çox maraqlı ölkədir. Özünəməxsus mədəniyyəti, ənənələri və yazılmamış qanunları var. Bu, təkcə idarəolunan və olunmayanları deyil, hakimiyyəti, idarəetmə sistemini də əhatə edir. Yazılmamış qanunların öz sərhədi, təsir dairəsi və keçərliliyi mövcuddur. Bu »qanun»ların icad yeri cinayət aləmi, bir də »həcmindən» asılı olmayaraq hakimyyət ağacında oturan bəzi məmurlar toplusu, keçərliliyi isə sadə insanlardır. Hər iki zümrədə yazılmamış qanunlar idarəetmə üsuludur və haqsız »qazancı» hədəfləyir. Bir neçə gün öncə Lənkəranın Nərimanabad kəndində və digər kəndlərdə balıqçılıqla bağlı yaranmış qalmaqal dediklərimizi bir daha təsdiqləyir.
Nərimanabadda nə baş verib?
Nərimanabadda 4 mindən çox əhali yaşayır. 500-ə yaxın balıqçı var ki, onlar da çörəyini dənizdən çıxarırlar. Ancaq Sərhəd Qoşunlarının komandanı general Elçin Quliyevin maraqları sayəsində buradan »xəracsız» balıq tutmaq mümkünsüz hala gəlib. Belə ki, balıq tutmaq istəyirsənsə, qurşağa qədər suda olmalı və ayda 150 manat »xərac» verməlisən. Hər cür zəhmətə qatlanmağa hazır olan kənd camaatı çörək ağacını tutmaq üçün qurşağa kimi suya girmək kimi fədakarlığa hazırdır, amma bunu çətinləşdirən ayıq-sayıq sərhədçilərin qoyduğu »xərac»dır. Bu da azmış kimi, qiymət artımı və inflyasiya nəzərə alınaraq xəracın miqyasını 150 manatdan 200 manata qaldırıblar. Əsil narazılıq da bundan sonra başlayıb. Balıqçılar hər şeyin köhnə qaydada qaldığı halda »xəracın» miqyasının at belinə minməsini anlamır və etiraz edirlər. Yəni tutulan balıqların sayında getdikcə azalma müşahidə olunduğu, motorlu qayıqlarda istifadə üçün benzinin miqdarının minimuma - 20 litrə endirildiyi halda, »xəracın» 25 faiz qaldırılması balıqçı ailələrin büdcəsini vurur ki, bu da haqlı narazılıq yaradır.
Balıqçılardan alınan »xərac»
Təkcə Nərimanabad kəndindəki 500 balıqçının hər nəfəri adına 200 manat şərtilə sərhəd qoşunlarının rəhbərliyinə verilən »xərac»ın miqyası ayda 100 min manat təşkil edir. Ancaq bu son deyil. Çünki çörəyi balıqçılıqdan çıxan kənd təkcə Nərimanabadla məhdudlaşmır. Bu siyahıya Nərimanabad-2 Liman şəhəri, Göyşaban, Sutəmurdov Vel, Siyavar, Kənarmeşə, Qumbaşı, Şirinsu və bu kimi digər 10-a yaxın yaşayış məntəqəsi aiddir. Bunların toplamının Sərhəd Qoşunlarının rəhbərliyinə verdiyi »xərac»ı nəzərə alanda ortaya bu kəndlərin əhalisinin heç yuxuda belə görmədiyi məbləğ çıxır. Ortalığa çıxan gerçək həm də ondan ibarətdir ki, bir tikə çörəyi xatirinə dənizlə mücadilədə kəfənini boğazlarına sarıyan bu insanlar hər ay Sərhəd Qoşunlarının bosslarına 2 milyon manatdan artıq »xərac» göndərirlər. Bu rəqəm ildə toplam 24 milyon manat edər. İnsanlar bu »xərac»ı verməyə razı olmayanda isə nəsibləri avtomat, pulemyot, zirehli maşınlar, dubinka, döyülmək, təhqir olunmaq, həbs, ölümlə təhdid kimi kötək alətləri olur.
XXI əsrin təhkimli kəndliləri
Bu gün Lənkəranın Xəzər dənizilə əlaqəli olan bütün kəndlərinin əhalisini Sərhəd qoşunlarının təhkimliləri kimi qəbul etmək olar. Ancaq 21-ci əsrin təhkimlilərinin bu məsələdə də bəxti gətirməyib. Təhkimçilik quruluşunda kəndlilər feodalların şəxsi torpaqlarında çalışıb, məhsulun yalnız 70 faizini ağalarına verirdilərsə, bugünkü balıqçıların çörək ağacı olan dəniz kimsənin şəxsi mülkiyyətinə verilməyib və sərhədçilərin bu suların təkinə nə qədər haqqı çatırsa, bu nemətin həqiqi sahibləri olan sadə kəndlilərin də o qədər haqqı çatır və buradan qida tapdıqları üçün kimsəyə »töycü» verməməlidirlər. Bu dəniz sərhəd generallarına onu və ətrafındakı insanları qorumaq üçün əmanət verilib, daha qul olaraq istismar, qazanc mənbəyi deyil. Nə qədər qüsürlu olsa da da daha bir paralel: feodal təhkimliləri onların şəxsi torpaqlarını becərərkən feodallara məxsus qoşqu aparatlarından və alətlərindən istifadə edirdilər. Sərhədçilərin müasir təhkimlilər isə »xərac»ı verə bilmək üçün borcla alınmış öz qayıqlarını istismar edirlər. Daha bir acınacaqlı gerçək ondan ibarətdir ki, istismar aləti olan, döyülüb, təhqir olunan bu insanların əksəriyyəti birinci Qarabağ savaşında qəhrəmanlıq, şücaət simvolu olmuş insanlardır.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
|