İQTİDAR İŞ ADAMLARINI «RASXOD»A SALACAQ
Tarix: 24-07-2013, 17:29 |
Çap et
SEÇKİ PROSESİNDƏ FƏRHAD ƏLİYEV ÜSLUBU
DİA.AZ: - Redaksiyamıza maraqlı bir məlumat daxil olub. Bilgili mənbələrdən DİA.AZ-a ötürülən informasiyadan aydın olur ki, qarşıdan gələn prezident seçkilərilə əlaqədar hakimiyyət daxilində xüsusi qrup yaradılıb.
Mənbə iddia edir ki, prezident seçkilərilə bağlı yaradılmış qrupun başlıca missiyası seçki müddəti boyunca prosesin maliyyələşdirilməsinin təşkilidir. Mənbənin söylədikləri: «Burada söhbət qeyri-leqal maliyyələşdirmədən gedir və sözügedən qrupun missiyası əsasən iş adamlarının mərkəzləşdirilmiş şəkildə fəaliyyətinin təşkilidir».
Xatırladaq ki, ənənəvi metoddan əksər seçki dönəmlərində istifadə olunub. Və mənbə iddia edir ki, bu ideya hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsusdur. Məhz onun nazir olduğu dönəmdə yüzlərlə sahibkar hətta şəbəkələşmiş şəkildə parlament seçkilərində deputatlığa namizəd də olmuşdu. Doğrudur, onların bəziləri, daha dəqiqi, Fərhad Əliyevə yaxın olanları (artıq o, həbsdə idi -red.) seçki prosesinə qədər «vuruldu», amma sonna qədər davam edib, mandat alanlar da oldu.