BEYNƏLXALQ BANKIN ÖZƏLLƏŞDİRİLMƏSİ BAŞA ÇATIR
Tarix: 28-12-2011, 12:50 |
Çap et
YENİ KONSORSİUMA ÜÇ ŞİRKƏT DAXİLDİR
Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi 2012-ci ilin ortalarında başa çatacaq.
Bankdan verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsinin seçdiyi məsləhətçi konsorsium dövlət payının özəlləşdirilməsi layihəsinin birinci mərhələsi üzrə işi başa çatdırıb.
Konsorsium bankda yaradılan işçi qrupla birgə maliyyə və hüquqi məsələlərin analizini; ölkənin bank qanunvericiliyinin analizini, mövcud qanunvericiliyin ABB-nin özəlləşdirilməsi məqsədi ilə optimallaşdırılmasını; Azərbaycanın maliyyə və bank sektorunun analizini, rəqabət qabiliyyətinin artırılması, özəlləşdirmə strategiyası və bankın qiymətinin diapazonu üzrə müddəa və prinsipləri, gələcək əqdin optimal qiymətini, özəlləşdirilən səhm payını, satış şərtlərini müəyyən etməlidir, deyə məlumatda bildirilir.
İkinci mərhələdə bankın özəlləşdirilməsi üçün zəruri sənədləşmə və potensial alıcıların siyahısı müəyyən ediləcək. Yekun mərhələdə bankın özəlləşdirilən səhm payının satışı sənədləşdiriləcək, deyə məlumatda bildirilir.
Konsorsiuma üç şirkət daxildir "PriceWaterHouseCoopers Audit Azerbaijan" MMC, "Rothschild &CIE", "Salans UK Limited"in Azərbaycan filialı.