«PRİTON» QALMAQALI İCRA BAŞÇISINI BİTİRİR
Tarix: 25-07-2013, 14:03 |
Çap et
RÖVŞƏN BAĞIROV GÖRƏVDƏN ALINIR
DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, yaxın vaxtlarda Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov vəzifəsindən azad ediləcək.
Xatırladaq ki, keçən günlərdə Rövşən Bağırova qarşı yerli kənd sakinləri tərəfindən ilginc ittihamlar səslənmişdi. İddia olunurdu ki, başçı rayondakı torpaqları ayrı-ayrı şəxslərə satıb ki, həmin adamlar da yerli camaatın narazılığı ilə qarşılanan müxtəlif əyləncə mərkəzləri inşa etdiriblər.
Məlumatı verən mənbə bildirir ki, bu şikayət üzrə rayonda araşdırma aparılıb. Və aydın olub ki, seçkiqabağı dönəmdə Lerik sakinlərinin etirazlarına nədən ola biləcək hadisə həqiqətən də baş verib. Belə ki, rayonda bir neçə «priton» məhz icra başçısına yaxın şəxslər tərəfindən yönəldilir. Məhz bu səbəblə də başçının barəsində qərar verilib.
Rövşən Bağırovun yerinə kimin təyin ediləcəyi isə hələlik məlum deyil.
Qarşı tərəfi də dinləməyə hazırıq.