AYDIN ƏLİYEV 12 MİLYON MANATIN GÜDAZINA GEDİR
Tarix: 26-07-2013, 15:34 |
Çap et
DGK SİSTEMİNDƏ ŞOK DƏYİŞİKLİK
DİA.AZ: - Hakimiyyətin gözlənilən kadr islahatı dalğasının gömrük sistemində cərəyan edəcəyini hələ xeyli əvvəldən məlumat vermişdik. DİA.AZ-a bilgili qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, yaxın günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev vəzifəsindən alına bilər.
Xatırladaq ki, zamanında Aydın Əliyevin gömrüklə bağlı hesabatlarında dövlət büdcəsindən külli miqdarda pul yayındırması faktı mətbuatda böyük ajiotaj yaratmışdı.
Mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, Aydın Əliyevlə bağlı son iki ayda ciddi araşdırmalar aparılıb: «Məlum olub ki, dövlət büdcəsindən təxminən bir ay üçün 12 milyon manatlıq vəsait gizlədilib. Hər halda, bu ciddi rəqəmdir. Və belə bir etimadsızlıq şəraitində Aydın Əliyevin görəv başında saxlanılması inandırıcı deyil. Artıq qərar da verilib».