SAATLIDA İCRA BAŞÇISI «CASUS OVU»NA ÇIXIB
Tarix: 29-07-2013, 15:27 |
Çap et
RAYONDAN MƏLUMATI KİM ÖTÜRÜR?
DİA.AZ: - «Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonla bağlı məlumatları mətbuata ötürən şəxsi arayır». Bunu DİA.AZ-a Saatlı sakinlərindən biri xəbər verib.
Qaynaq iddia edir ki, Siraqəddin Cabbarov hətta bu məqsədlə yerli polisin gücündən də istifadə edir: «Müəyyən olunub ki, bəzi KİV-lərə məlumatlar internet vasitəsilə ötürülür. Hətta bir neçə internet klub sahibi yerli polis idarəsində ifadə də verib».
Məlumatı verən mənbə onu da əlavə edib ki, Siraqəddin Cabbarov birinci müavini və yerli maliyyə şöbəsinin müdiri ilə əl-ələ verərək həyata keçirdikləri maliyyə fırıldaqlarını ört-basdır etmək üçün hərəkətə keçiblər: «Bütün faktların mətbuata doğru-dürüst şəkildə yol tapması onları əlavə olaraq həyacanlandırıb. Ona görə də «casusu» daha çox öz içlərindən axtarırlar».
Artıq Saatlı rayon maliyyə şöbəsinin işçilərindən birinin nəzarətə götürüldüyü də gələn xəbərlər sırasındadır.
Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq.