İRANIN KEÇMİŞ SƏFİRİ "AZƏRSUN"UN ŞEFİNƏ İLİŞDİ
Tarix: 30-07-2013, 11:05 |
Çap et
İranın Azərbaycandakı keçmiş səfiri, qalmaqallı evliliyi ilə gündəmə gələn Əfşar Süleymani Facebook səhifəsindən Azərsun Holdinqin prezidenti Abdolbari Gözələ sataşıb. Gözəllə səfir olarkən çəkdirdiyi şəkili paylaşan Süleymani ötən günlərini xatırlayıb.
Vaxtilə, istədiyi qapıdan girən Əfşar Süleymani indilərdə qəbul edilmədiyini etiraf edib.
Vəzifədə olarkən, istədiyi vaxt görüşdüyü Abdolbari Gözəlin qəbuluna düşə bilməməsini özünəməxsus şəkildə çatdıran Süleymani “kim olursa olsun, heç kim 2 metr kəfən və qəbri unutmamalıdır” deyə, söz atıb.
A.Gözələ bu dünyadan heç bir şey apara bilməyəcəyi mesajını verən Süleymaninin özü keçmiş həyat yoldaşı Şəmsiyyə Bəylərqızını dünya malı üstündə həbs etdirib, atası olduğunu qəbul etmədiyi uşağına isə kənar şəxslər baxır.