ƏHMƏDİNEJAD ÇƏTİN DURUMDA
Tarix: 29-12-2011, 13:58 |
Çap et
42 DEPUTAT ONUN KÜRƏKƏNİ İLƏ BAĞLI TƏYİNATA QARŞIDIR
İran Parlamentinin 42 nümayəndəsi ölkə Pezidenti Mahmud Əhmədinejada məktub yazaraq ondan öz kürəkəni Mehdi Xurşidini Standartlaşdırma Təşkilatının rəhbəri vəzifəsinə təyin olunmasına dair sərəncamın dərhal ləğv edilməsini istəyib. Trend-in məlumatına görə, bu barədə İranın FARS xəbrə agentliyi məlumat verir.
İran KİV-inin məlumatına görə, Əhmədinejad Prezidentin Məsləhətçilər Şurasının hazırkı sədri və kürəkəni Mehdi Xurşidini ölkənin Milli Standartlaşdırma Təşkilatının sədri vəzifəsinə təyin edib. Xurşidinin 30 yaşı var.
Parlament nümayəndələri öz məktublarında Xurşidinin ölkədə məhsul istehsalı, ticarəti, yayımı ilə bağlı qanunları tətbiq edən və ona nəzarət edən Standartlaşdırma Təşkilatı kimi nəhəng təşkilatı idarə etməsi üçün təcrübəli olmadığını vurğulayıblar.
İranın Milli Standartlaşdırma Təşkilatı ölkənin Prezident Administirasiyasının tabeliyindədir. Bu təşkilat ölkədə istehsal olunan və ölkəyə idxal olunan məhsulların standartlara uyğunluğuna nəzarət edir.