ZAUR KAZIMOV KEÇMİŞ REKTORU BİTİRİR
Tarix: 30-07-2013, 13:45 | Çap et
SON VİDEOSU ELŞAD ABDULLAYEVİN ÖZÜNÜ ÇƏTİN DURUMA SALIBFəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, bir müddətdir Fransada müvəqqəti məskunlaşmış Elşad Abdullayev “Azadlıq” qəzetinə yeni video və müşaiyətedici mətn göndərib. Mətndə hazırda iş adamı Arzu Kazımovun məhkəmə istintaqını aparan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasova müraciət olunur. E.Abdullayev hakimə yazır ki, “Həbsdə olan polis zabiti Zaur Kazımovun təhdidləri “pərdəarxası adam ogurlugu cinayətlərində iştirakcılığı” ilə bağlıdır”. O, Zaur Kazımovun məhkəmədə sonuncu dəfə dindirilərkən söylədiyi ifadəsinə işarə vurur. Çünki Zaur Kazımov məhkəməyə ifadəsində E.Abdullayevin onunla bağlı istintaq orqanlarına yazdığı şikayətlərini və videolarını şantaj kimi qiymətləndirmişdi.
Bundan əlavə, Elşad Abdullayev hakim Əlövsət Abbasova yazır ki, “təqdim edilən yeni videoda Arzu Kazımovun 17 yaşlı oglu, polis zabiti Zaur Kazımovla qardaşı Mahir Abdullayevin geri qaytarılması haqqında söhbət edirlər. Söhbət 21 iyul 2004-cü il tarixində qeydə alınıb”. O, vidoyazının prokurorluq və MTN-ə də təqdim olunduğunu da yazır. Maraqlıdır ki, videoda A.Kazımovun oğlu deyir ki, E.Abdullayevi atasının dostu kimi tanıyıb. Videodan belə məlum olur ki, E.Abdullayev onun müəllimi olub... Z.Kazımov söhbət əsnasında deyir ki, M.Abdullayevin işinin bu həddə gəlib çıxmasında elə Elşad Abdullayev özü gunahkardır və sair.
Vəkil Elşad Abdullayevin videonu necə montaj etdiyini, Zaur Kazımovun söhbətinin vacib məqamlarını necə kəsib çıxardığını sübut etdi...
Tanınmış vəkil Ramiz Zeynalov E.Abdullayevin dünən yaydığı video və mətnlə bağlı şok faktları ortaya qoydu. “Təzadlar”a açıqlama verən vəkil əməkdaşımıza yeni faktları açıqladı:
-Ramiz müəllim, E.Abdullayevin bu söylədikləri nəyə əsaslanır?
-Birbaşa deyirəm ki, şantaja və yalana əsaslanır, qisasçılıq məqsədi güdür... Əvvəla, E.Abdullayev yalandan deyir ki, “Həbsdə olan polis zabiti Zaur Kazımovun təhdidləri “pərdəarxası adam ogurlugu cinayətlərində iştirakcılığı” ilə bağlıdır”. Görürsünüzmü, o, iş başında olan, dövlətçiliyimizə nümunəvi xidmət edən polis zabiti Zaur Kazımovu “həbsdə olan” kimi təqdim edərək ictimaiyyəti çaşdırmaq, məhkəməyə təsir etmək istəyir... Hansı ki, o, iki gün əvvəl yaydığı başqa bir açıqlamasında isə daxili işlər naziri Ramil Usubovu təhdid edərək, şantajlayır və “Mən rəhmətlik Zahid Dünyamalıyevə verilməsi üçün Arzu Kazımova 1 milyon 500 min dollar pul vermişəm. Lakin bunlar Mahiri tapmadılar və yenə pul istədilər. Mən məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etdim. O isə dedi ki, mənə çatası pulu da Zahid Dünyamalıyevə verdim. Mən yenə də 1 milyon 500 dollar verdim. Sonra Zahid Dünyamalıyev müəmmalı şəkildə öldü. Indi həmin pulu Ramil Usubov qaytarmalıdır. Çünki o mənə deyib ki, ver...” kimi şantaj fikirlər söyləyir. Baxın, həmişə “fırtına qoparacaq” 400-dən çox gizli videosunun olduğunu deyən Elşad Abdullayev həmişə də etibarından sui-istifadə edib söhbətini gizli çəkdiyi şəxslərə pul verdiyini bildirir, amma heç bir videosunda pulun verilmə səhnəsini qeydə almır. Və ala bilmir. Niyə? Bu “tanınmış rejissor” niyə bircə dəfə də olsun pul verən anların bircəciyini belə videosuna çəkdirməyib? Ona görə ki, belə bir şey yoxdur, olmayıb, heç kim ondan pul almayıb. Axı onun indiyədək hər yerə yazdığı şikayətlərində yeganə maddi sübut hesab etdiyi Konstitusiyamızda qadağan edilən qanunsuz videolarıdır ki, onların da heç birində iddia etdiyi pulların verilməsinə dair bircə görüntü yoxdur. Amma bu dələduz bütün ciddi-cəhdlərlə yalanlarını işə keçirməyə çalışır, diqqəti özünün qardaş qatili olmasından yayındırmaq istəyir...
-Bəs E.Abdullayev niyə son günlər birdən-birə Zaur Kazımovu təhdid etməyə başlayıb?
-Bu, təzə məsələ deyil... Əvvəla, Elşad görür ki, Arzu Kazımovun məhkəməsində bütün şahid ifadələri ilə ifşa olunur, bununla da Arzu Kazımovun günahsızlığı üzə çıxır. Elşad bundan çox narahatdır... Amma Zaurla bağlı olan şantaj videosu başdan ayağa montajdır. Çünki həmin video 26 noyabr 2011-ci ildə istintaq orqanı tərəfindən araşdırılıb, Zaur Kazımov istintaqa çağrılıb və birgə baxış keçirilib, baxış Protokolu tərtib olunub, sonra həmin videonun stenoqramı çıxarılıb, ekspertiza rəyi verilib... Elşad Abdullayev indi oradakı söhbəti montaj edir, təhrif edərək mətni dəyişdirib özünə sərf edən formada yalan məlumatlar yayır... Bunu sübut edən mötəbər fakta malikəm və “Təzadlar”a təqdim etməyə hazıram...
-Bunlar nədən ibarətdir?
-Təsəvvür edirsinizmi, bu fırıldaqçı indi məhkəməyə təsir və təzyiq göstərmək istəyir, ictimaiyyəti aldatmaq üçün yenidən yalanlarını işə salıb. Diqqət edin, məndə alihəzrət sübut var ki, onun istintaqa təqdim etdiyi video 01 saat 13 dəqiqə 46 saniyədir. Amma dünən yaydığı həmin video 01 saat 02 dəqiqə 03 saniyədir... O, 11 dəqiqə 43 saniyəni kəsib çıxarıb və özü də elə montaj edib ki, çətin ki, ən peşəkar video-montajçı da bunu edə bilsin. Görünür, o, Fransaya qaçanda buradakı ən müasir texniki avadanlıqla təchiz olunmuş montaj qurğularını da özü ilə aparıb... Mən “Təzadlar” olaraq sizdən rica edirəm, qəzetdə həmin videonun stenoqramını və baxış Protokolunu olduğu kimi təqdim edəsiniz. Görəcəksiniz ki, o, Zaur Kazımovun onu ifşa edən çıxışının hansı hissələrini çıxarıb, montaj edib (“Təzadlar” sorğu əsasında həmin Protokolu və videonun stenoqramasını əldə edib, aşağıda olduğu kimi təqdim edirik _ red.). Bunun əsas səbəbələrinin isə, təkrar edirəm, kökü çox dərinə gedib çıxır...
-Ramiz müəllim, bəlkə deyəsiniz, bu nə məsələdir?
-(Təəssüfənir). Bilirsiniz, mən bu barədə Arzu Kazımovla dəfələrlə danışmışam və soruşmuşam ki, Elşad Abdullayevin vaxtilə çox yaxın olduğu bir ailə ilə birdən-birə düşmənçiliyinin kökündə nəsə dayanmalıdır... Məlum olur ki, 2003-2004-cü illərdən başlayaraq Arzu Kazımovla Elşad Abdullayev həqiqətən də çox yaxın dostluq münasibəti saxlayırlar... O dərəcədə ki, ailələri də bir-birini tanıyır... Bir müddət sonra isə Arzu Kazımovun oğlu Zaur Kazımov Azərbaycanda hələlik adını çəkə bilmədiyim bir yüksək vəzifəli şəxsin qızına nişanlanır... Amma Elşad Abdullayev isə dostu Arzu Kazımovla quda olmaq istəyini hərdən büruzə verirmiş... Amma anlayır ki, bu elə belə baş tutası deyil, çünki həmin ərəfədə, yuxarıda dedim, Zaur bir çox tanınmış yüksək vəzifəli şəxsin qızına nişanlanmış olur... Amma, atalar demiş, sən saydığını say, gör Elşad Abdullayev nə sayır... Elşad Abdullayev hərdən peşə fəaliyyəti ilə bağlı ünsiyyətdə olduğu, Zaurun nişanlısının atası olan həmin şəxsə Zaur və atası barədə aranı vurmağa hesablanmış yalan, şantaj dolu məlumatlar verərək sonda nişanın qaytarılmasına nail olur... Amma Elşad düşünur ki, bundan sonra Arzu Kazımovla quda ola biləcək... Amma sonradan Arzu Kazımov qudası olacaq, lakin məlum səbəblərdən nişanı qaytarmış, qohumluqdan imtina etmiş şəxslə təkbətək söhbət edir, onun yaxın ətrafından bəzi məsələləri öyrənir... Elşadın hərəkətləri hamıya bəlli olur. Arzu Kazımov da oğlu Zaura hər şeyi açıb danışır, Zaur isə Elşadın bu xəyanətkar hərəkətini görəndən sonra Elşad Abdullayevin arzuladığı gələcək qohumluğuna qəti surətdə razı olmur... Bax məsələnin kökündə bunlar dayanır... İndi onun ictimaiyyəti, məhkəmə hakimini çaşdırmağa, təsir və təzyiq etməyə hesablanmış bütün hərəkətləri özünə qarşıdır. Yuxarıda qeyd etdim, Elşad Abdullayev insanların etibarından sui-istifadə edərək onları özünün öldürdüyü qardaşı Mahir Abdullayevin axtarılıb tapılmasına kömək etməyə dəvət etmiş, lakin özünün planlarına uyğun olaraq bütün məişət və ara söhbətlərini videoya çəkərək indi onları şantaj etməklə məşğuldur. Mən “Təzadlar”ın ötən saylarının birindəki açıqlamamda bildirmişəm, Elşad Abdullayev neçə müddətdir ki, həmin videoları ayrı-ayrı şəxslərə özünün Bakıdakı, hələlik adını çəkmək istəmədiyim bir şəxs vasitəsilə göndərib külli miqdarda pul tələb etmişdir, bu qanunsuz tələblər hələ də davam edir... Kim Elşadın bu video şantajlarından qorxub pulunu veribsə, onların videoları yayılmayıb. Amma kim Elşaddan və onun video şantajından qorxmayıb pul verməyibsə, videoları yayılıb. Arzu Kazımov kimi, Zaur Kazımov, Gülər Əhmədova və başqaları kimi...
P.S.Aşağıda Elşad Abdullayevin Zaur Kazımovla bağlı olan və bir müddət əvvəl Baş Prokurorluğa təqdim etdiyi məlum videosunun (dünən yaydığı) stenoqramasını və istintaq orqanının videoya baxış Protokolunu olduğu kimi təqdim edirik. E.Abdullayevin dünən yaydığı video ilə onun istintaqa təqdim etdiyi videosu arasında 11 dəqiqə 43 saniyə fərq var. Yəni sonuncu video montaja məruz qalıb.
Beləliklə, video diskə baxış keçirilməsi haqqında Protokolu təqdim edirik:
İş № 105157
PROTOKOL
(diskə baxış keçirilməsi haqqında)
26 noyabr 2011-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Baş prokuroru nəzdində müstəqil istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru, II dərəcəli hüquqşünas Məmmədov Ceyhun Hamlet oğlu Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə tərtib edirəm həmin protokolu ondan ötrü ki, bu gün 105157 №-li cinayət işi üzrə zərərçəkmiş şəxs Abdullayev Elşad İslam oğlunun Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərdiyi 01 ədəd “Verbatim” adlı, DVD-R formatlı 4.7 gb (120 min) həcmli diskə xidməti istifadəmdə olan kompyuter texnikasından istifadə etməklə baxış keçirtdim.
Başlandı: saat “15.00-da”,
Qurtardı: saat “18.30-da”
Həmin 01 ədəd disk “HP” markalı kompyuterin diskovoduna daxil edildi və həmin diskdə 1 ədəd “VİDEO TS” adlı qovluğun olduğu görünür. Bu qovluğun ölüçüsü 1,20 gb həcmindədir. Qovluğun içərisinə daxil olduqda orada 7 ədəd fayl, o cümlədən 2 ədəd “BUP” formatlı və 5 ədəd “VLC Media file VOB” formatlı fayllar aşkar olundu. Onlardan ən böyük ölçülü olan “VTS_01_1” adlı əsas fayl “mouse”-un düyməsini iki dəfə basmaqla açıldı və “”Windows Media Player” proqramı vasitəsilə fayla baxış keçirildi.
Baxış keçirilərkən müəyyən olundu ki, ümumi uzunluğu 01 saat 13 dəqiqə 46 saniyə olan video yazıda xidməti iş masası arxasında əyləşmiş Abdullayev Elşad İslam oğlu ilə Kazımov Zaur Arzu oğlu arasında söhbətin aparılması müşahidə edilir.
Videoyazı aşağı keyfiyyətlə icra olunduğundan, iştirakçıların bəzi vaxtlar paralel olaraq söhbət etdikləri və ya qalxıb-oturduqları zamanlarda deyilən sözlərin tam və aydın şəkildə eşidilməsi mümkün olmur. Bununla belə, söhbətlərdən aydın olur ki, Elşad Abdullayevlə Zaur Kazımov arasında yoxa çıxmış Mahir Abdullayevin harada saxlanılması, kimlərin bunu bilməsi və s. barədə söhbət gedir:
Onlar salamlaşdıqdan və hal-əhval tutduqdan sonra professor və elmlər doktoru olduğunu vurğulayan Elşad Abdullayev dərs dediyi bəzi adamların uşaqlarına, o cümlədən Zaurun özünə familiyalarını görərək müftə qiymət yazdığını, həmçinin Zahidin oğluna da üzünü görmədən qiymət yazdığını, lakin işi düşməsinə baxmayaraq sonuncunun ona yardım etmədiyini, Zaurun dayısı Hüseynlə dost olduğunu və ondan heç bir pislik görmədiyini bildirərək bir müəllimi kimi Zaurdan kömək istəyir.
Cavabında:
Zaur Kazımov: Müəllim siz bizi çox pis vəziyyətdə qoymusuz. Mən bildiz də burda kimlərlə görüşdüm? Adıgeyin bacısı uşaqlarından ötrü elə bir şeylər eləmişəm ki, bu Azərbaycanda onlar mənimçün canların da qoyarlar. O, uşaqların atası mənim bir sözümə gəldi Qusarda ...
Elşad Abdullayev: Adıgeyin?
Zaur Kazımov: hə Adıgey. Şərəf var e, Şərəf. Müharibəni zadı orada aparan...
Elşad Abdullayev: hər şey onun əlindədi də...
Zaur Kazımov: Hər şey deyəndə orada müharibəni aparan odu da.
Elşad Abdullayev: Çeçenlər tərəfindən?
Zaur Kazımov: Hə, Çeçenlər tərəfindən. Ona görə gəldik də Moskvadan.. o, gəldi ordan, Nərimandan xahiş elədik ki, ...
Elşad Abdullayev: Nəriman Bakılıdı?
Zaur Kazımov: Yox Nəriman nazirin bacısı oğludu.
Elşad Abdullayev: Baş nazir Şıxsaidovun?
Zaur Kazımov: Hə, Şıxsaidovun. Nəriman onun bacısı oğludu, məndən də çox yaxındılar. Prokuror var Şıxsaidovun bacısı, həmişə qonaq gələndə bizdə qalırdılar. Biz çıxdıq həmin o Şərəfə. Şərəf dedi ki, kim ki demir ki, mənim yanımda görüblər...
“Mən başa duşurəm e, Elşad müəllim, qardaşdan əziz heç nə yoxdu həyatda. Gec-tez bu şeylər üzə çıxacaq. Amma günah sizin özünüzdədi...”
Elşad Abdullayev: kömək eləyin də...
Zaur Kazımov: Demirsiz kömək? Ata deyirdi ki, kimsə var. Demirsiz həmin adam. Biz zəng edib Adıgeyə dedik, o da Şəfərlə danışıb. Şərəf deyib ki, kim ki demir ki, mənim yanımdadı... Siz bir gün gəldiz dediz ki, bu lotuların əlindədi, bir gün dediz ki, MVD əlindədir. Zahid müəllim belə şeyləri keçən deyil... Adıgey deyir ki, “zdesğ kakaə ta iqra idet”, Şəfər də deyir ki, demirsiz kimsə mənim yanımda görüb, gəlsin desin, mən də kömək eləyim verim də onu. MVD də onu deyir həmişə. Nə qədər olmasa MVD ilə pristupnı mir heç vaxt yola... Deyir demirsiz MVD-dədi. Nəriman ona zəng elədi və danışanda o, dedi ki, “tı moy brat, tı poymi menə zdesğ nikoqo netu, esli bıl bı, ə tebe otveçaö çto ə sıam privez bı i otdal bı eqo”. Şərəf də deyir ki, kim ki mənim adımı hallandırıb demir ki, mənim yanımdadı. Gəlsin desin, amma həqiqətən də bizdə Azərbaycandan adam yoxdu. Mən başa duşurəm e Elşad müəllim, qardaşdan əziz heç nə yoxdu həyatda. Gec-tez bu şeylər üzə çıxacaq. Amma günah sizin özünüzdədi...
Elşad Abdullayev: Mənim nə günahım var e.
Zaur Kazımov: siz axtarmırsız...
Elşad Abdullayev: Axtarmaq nəyə deyirsən?
Zaur Kazımov: O adam ki, yoxdu sizə proyekti çəkib vermişdi, o adam haradadı indi?
Elşad Abdullayev: O adamı tapammırıq da...
Zaur Kazımov: siz onun yerini deyin mən yerin dibindən də olsa, dünyanın harasında olur olsun mən onu tapım gətirim.
Elşad Abdullayev: o nə verəcək ki?
Zaur Kazımov: Demir ki, bu aparıbdı? Demir ki, görmüşəm orda?
Elşad Abdullayev: Deyib, o adam deyir ki, nazir müavininin otağında məni danışdırdılar. Dedilər ki, xalan oğlunla danış. O da danışanda deyib ki, xala oğlu salam. Mahir də deyib ki, axı sən mənim xalam oğlu deyilsən. Mənim Telman adında xalam oğlu yoxdu.
Zaur Kazımov: Bu Telman indi hardadı?
Elşad Abdullayev: Bakıda olmalıdı.
Zaur Kazımov: Tapmaq istəyirsizsə qardaşınızı o, Telmanı verin... Şərəf də Bakıdadı. O, hər adamı qəbul eləmir. O deyir ki, kim ki deyir gəlsin mənim üzümə desin... Elşad müəllim, biz elə kanallara çıxmışıq ki. Ağlınıza gəlməyən söhbətlərdi. Onların bizə keçiləsi yeri yoxdu. Ola bilməz ki, onalar nəsə deyək eləməsinlər. Mən deyirəm də onların bacısı Fatma heç bir yerdə qalmır.
“Zaur Kazımov: Elşad müəllim siz dediyiniz şeylərin hamısı yalandı...”
Elşad Abdullayev: 2-3 gün bundan qabağ mən səninlə danışdım, atanla da danışdım. Atan dedi ki, Elşad müəllim qurtardıq.
Zaur Kazımov: Elşad müəllim siz dediyiniz şeylərin hamısı yalandı... Allaha and olsun orda elə adam yoxdu.
Elşad Abdullayev: Onda Dağıstan söhbəti yox idi ki....
Zaur Kazımov: Orda elə adam yoxdu.
Elşad Abdullayev: Atanla danışdım. Dedi ki, Elşad müəllim 2-3 günə söhbət qurtarır. İki gündən sonra Rövşanə xanım gəldi bura. Dedi ki, əlini qoy ürəyinin üstünə buz kimi saxla. Sonra da başladı əl açıb oynamağa. O qədər sevindim ki, hətta dedim ki, qurbanları başlayın kəsməyə, Mahir gələnə qədər.
Zaur Kazımov: Elşad müəllim bu işin alınmağını istəyirsinizsə bizə kömək eləməlisiniz.
Elşad Abdullayev: Mən sizə nə cür kömək eliyim?
Zaur Kazımov: Siz bilirsiz, o, həmin ki, adam yoxdu onu verin bizə qalanında işiniz yoxdu”
Zaur Kazımov: Mahir gələcəy e gəlməyinə, amma siz bizə kömək eləməlisiniz. Hərtərəfli kömək eləməlisiniz...
Elşad Abdullayev: Rövşanə deyirdi ki, Mahir gəlib artıq Zaur gətirir Mahiri. İndi o söhbət hara bu söhbət hara?
Zaur Kazımov: Elşad müəllim bu işin alınmağını istəyirsinizsə bizə kömək eləməlisiniz.
Elşad Abdullayev: Mən sizə nə cür kömək eliyim?
Zaur Kazımov: Siz bilirsiz, o, həmin ki, adam yoxdu onu verin bizə qalanında işiniz yoxdu.
Elşad Abdullayev: Mən getmişdim Zahid müəllimin yanına. Onlar ora gedəndə Zahid müəllimin köməyi ilə girdilər nazirinin yanına, nazir də göndərib bunları müavinin yanına, olduğu kimi deyirəm, onlar da belə demişdilər. Müavinin yanından bunlar Mahirlə danışıblar. Hacı müavinin köməkçisi Mahirin şəklini götürüb tikib işin içinə sonra da deyib ki, 500 dollar müştülüq verəssiz. 100 dollar orda müavinin yanında veriblər çertyoj çəkənə. Mənə də sonra zəng eləyib dedilər ki, 1500 dollar muştuluq vermişik, ........ Adıyegeyin yanında .......(başa düşmək olmur nə deyir.Prokuror). 500 dollara da pal-paltar alıblar. Danışanda Mahir deyib ki, axı mənim Telman adlı xalam oğlu yoxdur. Orda da deyiblər ki, davay, naruçniki taxın. Hətta danışıq zamanı Mahir deyib ki, “uvidimğsə, uvidimğsə”. Mahir bir cür ləhcə ilə bu söz işlədirdi...
Zaur Kazımov: Telman haradadı ki?
Elşad Abdullayev: Papan dünən getmək istəyirdi tapa bilmədi...
Zaur Kazımov: Adını, familiyasını deyin mən idarədən tapım çıxardım.
Elşad Abdullayev: Bağlı yerdədi tapa bilmirik.
Zaur Kazımov: Elşad müəllim siz istəsəz dünyada yerin deşiyindən olsa tapıb çıxardarsız onu...”
Zaur Kazımov: O adam gözlüyür ee... Şərəf gəlib oturub burda...
Elşad Abdullayev: Maşının yerini, bağının-zadının yerini də axtardıq tapa bilmədik
Zaur Kazımov: Adını, familiyasını deyin mən idarədən tapım çıxardım.
Elşad Abdullayev: Bağlı yerdədi tapa bilmirik.
Zaur Kazımov: Elşad müəllim siz istəsəz dünyada yerin deşiyindən olsa tapıb çıxardarsız onu.
Elşad Abdullayev: Axtaraq da...
Zaur Kazımov: verin onu bizə, o, bilir.
Elşad Abdullayev: Telmanı deyirsən?
Zaur Kazımov: Telman söhbətdə olub da. Demirsiz ki, Telman çertyojdadı. Verin onu, bir başa gedək Adıgeyin yanına. Ata da, siz də, qardaşınız da gedək onun Adıgeyin yanına, əgər Adıgey desə ki, burda mən vermirəm, o başqa məsələ. Bu yazıq deyi ki, mənə oyun oynamayın, bizdə burada azərbaycanlı yoxdu. O danışıqların hamısı boş şeydir. Mənə deyilməyən sözü mən demərəm.
“Zaur Kazımov: ...Elşad müəllim, nə bilirsizsə, bu işdə müəyyən şeylər var ki, siz bilirsiz biz bilmirik, həmin şeyləri bizə deyib yardım edin. Qalan şeyləri biz edək...”
Elşad Abdullayev: Ondan sonra mən getdim Zahid müəllimin qəbuluna, o orayla-burayla danışdı elədi və dedi ki, bu Telman moşennikdi...
(... ümumi söhbət edirlər...)
Zaur Kazımov: ...Elşad müəllim, nə bilirsizsə, bu işdə müəyyən şeylər var ki, siz bilirsiz biz bilmirik, həmin şeyləri bizə deyib yardım edin. Qalan şeyləri biz edək...
Elşad Abdullayev: .... (sakit danışdığına görə söhbətin əvvəlində heç nə başa düşmək olmur).... Zahid müəllim “Şöhrət” ordeni almış generaldı, bir dənə Mahiri tapa bilmir. Mənim inanmağım gəlmir. Bütün sualların cavabları Mahirin telefon danışıqlarında.
Zaur Kazımov: İndiyə qədər bu danışıqlarla maraqalanan olub?
Elşad Abdullayev: Niyə olmayıb, məndə nə telefon danışıqları olubsa, hamısını vermişəm Zahid müəllimin əməliyyatçılarına, Elxanla Arzuya.
Zaur Kazımov: Harda çıxıb o danışıqlar?
Elşad Abdullayev: Bakıda, Bakının mərkəzində...
Zaur Kazımov: Mənə elə gəlir ki, mənim fikrimcə Mahir Dağıstanda deyil, Azərbaycandadı və Bakının hansısa rayonundadı. Vaxt gələr, geci tezi biz bunu bilərik.
Elşad Abdullayev: Nə ilə əsaslandıra bilərsən fikrini? Məsələn, mən inandırıram ki, bu əlamətlərə görə Dağıstandadı. Sən isə deyirsən ki, Bakıdadı. Əsaslandır.
Zaur Kazımov: Demirsiz Dağıstandadı, Dağıstanın ən böyük yuxarı səviyyədə olan insanları ilə biz əlaqədəyik. Gəlin düşün qabağa göstərin gedək, əgər biz getməsək onda deyərsiz ki, belədi. Siz hara getsəz biz də sizinlə gedəcəyik. Demirsiz Dağıstandadı, deyin ki, Zaur, filan yerdədi, get onu götür. Getməsək gəlib 5 nəfərin yanında deyərsiz ki, eləmədik. Mənə elə gəlir ki, bu Telman hər şeyi bilir. Nətər olsa da danışıb da sizə. Telman çertyojla əlaqəli deyil? Demir ki, filan yerdədi? Gəlsin desin də
Elşad Abdullayev: onda qorxur.
Zaur Kazımov: Niyə qorxur ki?
Elşad Abdullayev: Qorxur ki, bağına-zadına girərlər.
Zaur Kazımov: Onda niyə Şərəfin adından istifadə edir? Şərəf bilsə burda aləmi dağıdacaq, deyəcək ki, mənim adımı niyə Azərbaycanda hallandırırsınız? Bütün dünya bilir ki, Şərəfin yolunda heç bir oqrajdeniye yoxdu.
(...Elşad Abdullayevin mobil telefonuna zəng gəldiyinə görə o, yerindən qalxaraq xidməti iş stolunun baş tərəfinə keçir. Bir anlığa söhbət kəsilir. Elşad Abdullayev qayıdıb yerində oturarkən...):
Elşad Abdullayev: Yaxşı, Zaur bəs Bakıda hansı rayonda ola bilər?
Zaur Kazımov: Bunun telefon danışıqları...
Elşad Abdullayev: Yalnız Azərbaycanı əhatə edir.
Zaur Kazımov: ... mümkündü. Bu insan Gürcüstanda, Dağıstanda olsa, Türkiyədə, İranda olsa....
Elşad Abdullayev: Mənə də intuisiyam deyir ki, bu adam Azərbaycandadı.
(...Zaur Kazımov Elşad Abdullayevi tərifləyərək onun gözəl alim və digər bu kimi xüsusiyyətlərini sadalayır, həmçinin ümumi söhbət aparır...)
Zaur Kazımov: Bu qardaşınız elə bir ərəfədə itib ki, elə bir şəraitdə gedib ki, elə bir orqanda işləyirdi ki, elə bir orqanın nümayəndəsidir ki...
(... Elşad Abdullayev Zaur Kazımovun sözünü kəsərək iş stolunun üzərində olan Mahir Abdullayevə məxsus hansısa diplomu açaraq Mahirin kim olduğunu Zaura izah etməyə çalışır....)
Zaur Kazımov: İndi mən sizə bir söz deyim də. Sabah deyərlər ki, getdi, dövlətə xəyanət elədi. Ha sübut elə ki, belə deyil. Sonra da ki, nəyiniz var satıb qurtara bilməzsiniz. Allah adamı şərdən qutarsın...
“Zaur Kazımov: Denən, qardaş oğlu, denən, bax bu burdadı... Siz bilmirsiz? Siz bilirsiz...”
Elşad Abdullayev: kömək elə də
(...Qarşılıqlı dınışdıqlarına görə heç nə başa düşülmür...)
Zaur Kazımov: Denən, qardaş oğlu, denən, bax bu burdadı... Siz bilmirsiz? Siz bilirsiz... Həmin o Telmanı tapın verin. O adam da bizi gözləyir. Günü bu gün oturub orda, deyir siz mənnən oyun oynayırsınız. Deyir ki, “zdesğ kakaə ta iqra idet” sonra da gülür deyir ki, axırı yaxşı olacaq. İndi bu Telman... Həmin adam ona deməz ki, niyə mənim adımı çəkir. Onlar üçün fərqi yoxdu. Lazım olsa gələr bura bombanı qoyub partladar, çıxar gedər.
“Zaur Kazımov: Dediz polisdədi, nazirə kimi çıxdıq, Allaha şükür özünüz gördünüz ki, Zahid müəllimin adından sizi nətər qarşıladılar. Onlar neyniyəcəylər Mahiri? Nəyinə lazımdı Mahir onların? Mən burda yenə də deyirəm, Mahirlə maraqalanan yoxdu...”
Sən niyə kiminsə adından bilmədən danışırsan? Dediz polisdədi, nazirə kimi çıxdıq, Allaha şükür özünüz gördünüz ki, Zahid müəllimin adından sizi nətər qarşıladılar. Onlar neyniyəcəylər Mahiri? Nəyinə lazımdı Mahir onların? Mən burda yenə də deyirəm, Mahirlə maraqalanan yoxdu...
“Zaur Kazımov: Bunun səbəbkarı sizsiz, çünki gizlədirsiz.
Elşad Abdullayev: nəyi gizlədirik?
Zaur Kazımov: Bildiyiniz şeyləri gizlədirsiz, açıqlamırsız. İstəyirsinizsə qardaşınız tapılsın, siz açıqlayın...”
Elşad Abdullayev: Zahid müəllim söz verdi ki, mən Mahiri qardaşım kimi axtarıram. General kimi axtarmıram. Dedi ki, arxayın ol get. Amma bu çox uzun çəkdi axı.
Zaur Kazımov: Bunun səbəbkarı sizsiz, çünki gizlədirsiz.
Elşad Abdullayev: nəyi gizlədirik?
Zaur Kazımov: Bildiyiniz şeyləri gizlədirsiz, açıqlamırsız. İstəyirsinizsə qardaşınız tapılsın, siz açıqlayın.
Elşad Abdullayev: Zahid müəllimin mənim dediyimə ehtiyacı var?
Zaur Kazımov: var...
Elşad Abdullayev: heç bir ehtiyacı yoxdu.
Zaur Kazımov: var. bu havaxtsa gec tez çıxacaq e,
“Zaur Kazımov: Siz onu çaş-baş salırsız. Siz bir gün belə deyirsiz, bir gün belə deyirsiz, bir gün bir proyekt cızırsız...”
Elşad Abdullayev: əməliyyatçılar onun əlində, telefonlar onun əlində...
Zaur Kazımov: O şeyləri o sizdən yaxşı bilir. Elə şeylər var ki, onları siz bilirsiz Zahid müəllim bilmir. Siz onları desəz Zahid müəllim o şeylərlə hərəkət eliyib bilər ki, nə var nə yox, siz onu çaş-baş salırsız. Siz bir gün belə deyirsiz, bir gün belə deyirsiz, bir gün bir proyekt cızırsız. Zahid müəllim uşaq deyil ki! Daxili İşlər nazirinin müavinidi.
Elşad Abdullayev: Bircə dəqiqə xahiş eliyirəm, məsələnin əsas tərəfi odur ki, burda biz zərərçəkmişik. Hər şeydən əvvəl bizi maraqlandıran odur ki, qardaşımız gəlib çıxsın.
Zaur Kazımov: ona sizin köməyiniz lazımdı.
Elşad Abdullayev: Biz kifayət qədər kömək eləmişik. Amma bu gün na papandan, nə də Zahid müəllimdən bir cümlə də öyrənə bilmirik. 9 ay tamam oldu, bax bu gün. Deyirəm Dağıstanın sərhədinə bir dənə məktub yazın, deyirlər məktubu elə göndərmirlər. Telman da dəli şeydi, bir də gördün çıxıb getdi.
Zaur Kazımov: Telmanı tapın. Mənim şəxsən qardaşımı oğurlasaydılar mən belə oturmazdım. Mən şəxsən öz adıma belə oturmazdım.
Elşad Abdullayev: biz oturmuşuq ki,?
Zaur Kazımov: Allah canınıza dəyməsin, mənim sizin kimi 7 qardaşım olsaydı, nə mən oğurlana bilərdim....., öz boşluğunuzdan olub. Həmin o Telmanı da, axırıncı sözü Telman deyib gedib. Telmanın sözü ilə mən ən güclü adamlara çıxmışam. .... (həmin adamlarla arasında münasibətlər haqqında ümumi söhbət edir)... O, adamlar deyir ki, demirsiz MVD-dədir, MVD-də belə adam yoxdur. onlar Adıgeyə deyiblər ki, Adıgey deyir ki, qardaş, burda elə adam yoxdur.
Elşad Abdullayev: Bu köpək oğlu deyir ki, Dağıstandadı...
Zaur Kazımov: Siz haradan bilirsiniz ki, Dağıstandadı?
Elşad Abdullayev: Telmanın məlumatına görə...
Zaur Kazımov: Telman haradan bilir?
Elşad Abdullayev: Telmana orada onun müavini deyib...
Zaur Kazımov: kimin müavini?
Elşad Abdullayev: .... (cavab verir, amma o qədər yavaş deyir ki, eşitmək olmur nə ad deyir )....
Zaur Kazımov: Telman sizə haradan çıxdı gəldi?
Elşad Abdullayev: Mən Zahid Dünyamalıyevin adıyla girdim içəri. Amma onlar bunu göstərdi (əlində kiçik ölçülü qırmızı rəngli qeyd vərəqini göstərir). Sənin, mənim əlimdə o kart ola bilməzdi. Onun əlində olan kart hər şeyi deyir. Elə belə kart deyil.
Zaur Kazımov: həmin o müavinin?
Elşad Abdullayev: yox Telmanın. O kartdan səndə, məndə ola bilməz. Ona görə mən Telmana inandım. Səndə, məndə o kartdan ola bilməz.
Zaur Kazımov: Lap mən inanıram sizə. Demirsiz ki, Telman deyir ordadı.
Elşad Abdullayev: O kartdan hər adamda olmur. Bu kartla, həm də danışığa görə....Mahirin ona deməyi ki, sən mənim xalam oğlu deyilsən...
Zaur Kazımov: Telmanı tapaq, götürək gedək Nadirgilin yanına. Şərəf də ordadı, Nadir də ordadı. Allaha şükür, qaçmırlari ki, gözləyirlər.
Elşad Abdullayev: bəlkə Zahid müəllimə deyək o, təşkil eləsin.
Zaur Kazımov: Zahid müəllimin qabağına fakt qoymaq lazımdır ki...
Elşad Abdullayev: .... (xışıltılı danışır, heç nə başa düşmək olmur)......sənin özün bu barədə nə düşünürsən.
Zaur Kazımov: Mənim fikrim odur ki, Mahir Azərbaycandadı...
(Elşad Abdullayevlə Zaur Kazımov arasında itkin düşmüş Mahir Abdullayevlə bağlı 01 saat 13 dəqiqə 46 saniyə ərzində davam edən söhbət eynilə bu məzmunda davam edir. Belə ki, Zaur Kazımov ümumi söhbətlər edə-edə Elşad Abdullayevdən Telman adlı şəxsin yerini soruşmaqda davam edir. Elşad Abdullayev isə Zahid müəllimlə bağlı etdiyi söhbəti eynilə yenə də təkrarlayır və qardaşından heç bir xəbər olmadığını söyləyərək kömək istəyir.
Bununla da baxış başa çatdırıldı.
Baxış süni işıqlanma şəraitində xidməti iş otağında kompyuter texnikasından istifadə edilməklə keçirildi.
Protokol oxundu, düzgün yazılmışdır.
Ceyhun Məmmədov,
Azərbaycan Respublikası Baş Prokurorluğunun
Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin
Kriminalistika şöbəsinin prokuroru müstəqil istintaq-əməliyyat qrupunun üzvü, II dərəcəli hüquqşünas
Ramiz Zeynalov: “Elşad Abdullayev niyə ona “Sən kömək elə” deyən Zaur Kazımova bildirmir ki, kömək nəyə deyirsən, atana 1 milyon 500 min dollar vermişəm də...”
Qəzet çapa gedərkən yenidən vəkil Ramiz Zeynalova müraciət etdik:
-Ramiz müəllim, E.Abdullayev tərəfindən istintaqa təqdim olunmuş videonun stenorqramında olduqca maraqlı məqamlar üzə çıxır... Məsələn, Zaur Kazımov hər dəfə ona Mahirin Azərbaycanda olduğunu deyəndə, E.Abdullayev mövzunu dəyişir və Dağıstanı nişan verir...
-Bəli, Allah hər kəsi belə şər-şəbədən uzaq eləsin... Görürsünüzmü, Zaur Kazımov gizli çəkilişin olduğunu bilmirdi... Əgər onun başqa niyyəti olsaydı E.Abdullayev ona “Bizə kömək elə” deyəndə deyərdi ki, bu qədər pul verin, kömək edək... Yaxud, deyərdi ki, “Elşad müəllim, atama 1,5 milyon dollar vermisiniz, mənə də bir az verin, kömək edim...”. Nəhayət, əgər Elşad Abdullayev pul vermiş olsaydı, Zaur ona “Günah səndədir, kömək etmirsən...” deyəndə, bildirərdi ki, a kişi, bundan artıq nə kömək edim? Milyon yarım vermişəm Arzu kazımova də... Bunlar da yoxdur...
O ki qaldı Zaurun “Mənə elə gəlir ki, Mahir Azərbaycandadır...”, sözlərini deyəndə Elşadın fikri Dağıstana yönəltməsinə, bəli, Zaur Kazımov elə deyəndə, görünür Elşad həyəcan keçirirmiş ki, bəlkə o, Mahirin öldürülüb Azərbaycanın harasında basdırıldığını bilir... Fikir verirsinizsə, hətta Zaur belə deyəndə Elşad Abdullayev ondan dəfələrlə soruşur ki, sən nəyə görə deyirsən ki, Mahir Dağıstanda yox, Azərbaycandadır?
Bir sözlə, Elşad bütün video boyu özünün Zaur tərəfindən ifşa edildiyini özü təsdiq etmiş olur. Necə deyərlər, özü qazdığı quyuya özü düşür... Bircə dəfə də kiməsə pul verdiyini deməyən bir adam sonradan bağırır ki, yox, Arzu Kazımova 1,5 milyon dollar vermişəm. Elədirsə, Elşad Abdullayev, niyə həmin videoda bunu Arzunun oğluna demirsən? Çünki Zaur bilməsə də, sən bilirdin ki, gizli çəkiliş gedir və sən deyəndə ki, atanıza pul vermişəm, Zaur dərhal atasına zəng edərdi ki, bu nə pul məsələsidir və bununla da sənin bütün yalanların ifşa ediləcəkdi... İnanıram ki, məhkəmə Arzu Kazımovla bağlı yekun qərarını verərkən bütün bunları nəzərə alacaq, Arzu Kazımovun təqsirsizliyi sübut edildiyindən ona bəraət hökmü çıxarılacaq...
Sonda: üzümü Azərbaycan ictimaiyyətinə tutaraq bildirirəm ki, əziz oxucu, biz E.Abdullayevin montaja məruz qalmış videosu ilə Baş Prokurorluğa və MTN-ə təqdim etdiyi videosunun fərqini qəsdən şərh etmədik. Özünüz baxıb nəticə çıxarın ki, bu dələduz həmin vide-kaseti nə üçün montaj etmişdir… Siz hər bu yazı-sənədlərdən də gördünüz ki, Elşad Abdullayev MTN-ə, Baş Prokurorluğa təqdim etdiyi videolarında Zaur Kazımov tərəfindən ifşa edildiyini sonradan başa düşdüyünü görərək, dünən yaydığı həmin videonu 11 dəqiqə 43 saniyə qısaldaraq montaj etmişdir. Bu onun növbəti fırıldağı və dələduzluğudur. Özünün dediyi kimi, 23 yaşlı polis zabiti Zaur Kazımovun məntiqli sualları və fikirləri qarşısında aciz qalan bu dələduz ifşa olunduğunu başa düşərək belə bir qanunsuz hərəkətə yol vermiş, ictimaiyyəti yenidən aldatmaq fikrinə düşmüşdür. Bu onun son nəfəsidir və inanıram ki, tezliklə qanun qarşısında cavab verməlidir!
Nəhayət, üzümü təhsil naziri Mikayıl Cabbarova, BDU-nun rektoru Abel Məhərrəmova, BDU-nun Konstitusiya Kafedrasının müdiri, vitse-spiker Ziyafət Əsgərova tutaraq xahiş edirəm: hörmətli nazir, hörmətli rektor, cənab vitse-spiker!
ABU adlı korrupsiya yuvası yaradaraq uzun illər cinayətkar fəaliyyətlə məşğul olmuş Elşad Abdullayevin doktorluq elmi işi 2001-ci ildə Azərbaycan AAK tərəfindən plagiat elan edildiyi halda, 2003-cü ildə bizə məlum olmayan səbəbdən Azərbaycan AAK-da təkrarən təsdiqlənmiş, ona BDU-nun Konstitusiya kafedrasının professoru adı verilmişdir. Lakin mənim və “Təzadlar” qəzetinin Araşdırma Qrupunun apardığı təhqiqat nəticəsində Rusiya TN həmin saxta doktorluq işini 2011-ci ildə ləğv etmişdir. Bundan əlavə, Konstitusiyanın 32-ci maddəsinin tələblərinə zidd olaraq vətəndaşların hüquqlarını kobud surətdə pozaraq gizli çəkilişlər aparan, sonradan bu qanunsuz videoları ilə insanları şantaj edib pul tələb edən Elşad Abdullayev necə ola bilər ki, hələ də BDU-nun Konstitusiya kafedrasının professoru ştatında saxlanılır? Kimdir TN-də, BDU-da onun havadarı? Azərbaycan Prezidentini, dövlətini saxta videoları və şantaj açıqlamaları ilə təhdid edən, ölkəmizin imicinə olduqca ağır zərbə vuran, Prezident seçkisi öncəsi insanları hakimiyyətə qarşı qaldıran bir elm oğrusu, Rusiyanın 20-yə yaxın dövlət mükafatlarını saxta yolla özünə şamil edən, on minlərlə Azərbaycan gəncini saxta diplomları ilə zəlil günə salan, hazırda Azərbaycan Baş Prokurorluğunda barəsində Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılan bir dələduz necə ola bilər ki, hələ də BDU kimi nüfuzlu təhsil müəssisəsinin Konstitusiya kafedrasının professoru titulunun daşıyıcısıdır? Buna nə ad vermək olar? Onun adının hələ də BDU-da professoru kimi saxlanılması hansı məntiqə və hüquqi əxlaqa sığır? Buna niyə son verilmir??? \ tezadlar \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|