RUSİYA İLƏ BAKI ARASINDA YEKUN «RAZBORKA»
Tarix: 1-08-2013, 16:02 |
Çap et
KREML TƏZYİQLƏRİNİ ARTIRIR
DİA.AZ: - Kremlə rəsmi Bakı arasında yekun «razborka» gözlənilir. Bu barədə DİA.AZ-at diplomatik mənbələrdən xəbər verilib.
Xatırladaq ki, artıq İlham Əliyevin dünən axşam saatlarında Moskvaya qəfil səfər etməsi barədə də informasiyalar yayılıb. Bunun ardından da Milli Şuranın namizədi, Rusiyanın adamı kimi tanınan Rüstəm İbrahimbəyovun üzərində Rusiya vətəndaşlığı asıllığının olmaması barədə informasiyalar yayıldı.
Məlumatlı mənbə redaksiyamıza bildirib ki, artıq Rusiya Azərbaycana şərtlərini diqtə etməkdədir: «Əgər təbii ki, anlaşma baş verməzsə, o zaman Kreml təzyiqlərini artıracaq».
Onu da bildirək ki, rusların əsas istəyi kimi Azərbaycanın Avrasiya Birliyinə qoşulmağa razılıq verməsi hədəfi göstərilir.