QARDAŞ TÜRKİYƏDƏN NÜMUNƏVİ ADDIM
Tarix: 2-08-2013, 11:12 |
Çap et
Türkiyə hökuməti pedofillərin kimyəvi axtalanmaya məruz qalacaqlarına dair qanun layihəsini baxılmaq üçün Parlamentə təqdim edə bilər. Trend-in məlumatına görə, bu barədə cümə günü "Sabah" qəzeti xəbər yayıb.
Nəşr yazır ki, bundan əvvəl Türkiyə Parlamenti iki dəfə oxşar qanun layihələrini rədd edib. Lakin bu dəfə Parlamentin pedofillərin kimyəvi axtalanmasına dair qanunu qəbul edəcəyi gözlənilir.
Bu zaman axtalanma günahı məhkəməinin qərarı ilə sübut edilən şəxslərə tətbiq ediləcək.
Pedofillərin kimyəvi axtalanmasına dair qanun layihəsi Türkiyədə uşaqlara münasibətdə cinsi xarakterli cinayətlərin sayının artması ilə əlaqədar işlənib hazırlanıb.