"VAHİD NAMİZƏD RÜSTƏM İBRAHİMBƏYOVDUR, AMMA"...
Tarix: 5-08-2013, 11:27 | Çap et
Milli Şuranın Tiflis görüşü və bu görüşdən dərhal sonra Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişinin yenə bir müddət qeyri-müəyyən vaxta qədər təxirə düşməsi ictimai rəydə müəyyən çaşqınlıq və inamsızlıqla müşahidə edilməkdədir. Toplantıda iştirak edən Milli Şura üzvlərinin görüşlə bağlı səsləndirdikləri ziddiyyətli məlumatlar da ictimai rəydəki bu çaşqınlığı bir qədər də artırmaqdadır. Məsələn, bugünlərdə mətbuata açıqlama verən Müsavat başqanı İsa Qəmbər qeyd etdi ki, R.İbrahimbəyovun iyulun 31-də Azərbaycana qayıtması daha doğru addım olardı. Hansı ki, Milli Şuranın vahid namizədi belə bir addım atmaqdan imtina etdi.
Prezident seçkilərinin vaxtının oktyabrın 16-dan 9-na keçirilməsi də R.İbrahimbəyovun gəlişinə olan ümidlərin azalmasına səbəb olub. Artıq bəzi siyasilər açıq şəkildə bildirir ki, R.İbrahimbəyov Rusiya vətəndaşlığından 9 oktyabr tarixinə qədər azad ola bilməyəcək. Bu isə Milli Şuranın seçkilərə başqa bir namizədlə qatılmasını zəruri edir.
Milli Şura üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlu ilə söhbətimizdə bütün bu məsələrə aydınlıq gətirməyə çalışdıq.
- Mirmahmud bəy, öncə Milli Şuranın Tiflis görüşü ilə bağlı fikirlərinizi bilmək istərdik. Görüşü və orada alınan qərarları necə qiymətləndirirsiniz?
- Şübhəsiz ki, bu görüşə daha dəqiq və dolğun qiyməti həmin görüşdə iştirak edən şəxslər verə bilər. Çünki onlar həmin görüşdə iştirak edən şəxslər kimi bəzi məsələlərdən kifayət qədər xəbərdardılar. Onlar bir çox məsələni məhz bu görüşdə müzakirə ediblər, bu haqda fikir mübadiləsi aparıblar. Mənə gəlincə, hesab edirəm ki, Tiflis görüşünü qarşıya qoyulan bütün məqsədlərə çatan görüş kimi xarkterizə etmək mümkündür. Çünki Tiflis görüşündən öncə də bilinirdi ki, Rüstəm bəy Azərbaycana gəlməyəcək. Bundna öncə onun gəlişi, ikili vətəndaşlıq məsələsi müzakirə olunmalıdır. Bu və bu kimi məsələlərlə bağlı Milli Şura üzvləri konkret mövqe ortaya qoymalıdırlar və s. Bu baxımdan hesab edirəm ki, bu görüş qarşısına qoyduğu məqsədə çatdı.
- Müsavat başqanı İsa Qəmbər öz müsahibələrinin birində qeyd etdi ki, R.İbrahimbəyov iyulun 31-də bizimlə Bakıya qayıtmalı idi, lakin qayıtmadı. Siz necə, hesab edirsinizmi ki, R.İbrahimbəyov daha artıq vaxt itkisinə yol vermədən Azərbaycana qayıtmalı idi?
- Mən kiminsə fikrinə münasibət bildirmək və bu baxımdan hansısa fikir şərh etmək istəməzdim. Şübhəsiz, İsa bəyin fikri maraq doğuran fikirdir. Amma İsa bəy özü də yaxşı bilir ki, R.İbrahimbəyov gəlmədiyinə görə deyil, gələ bilmədiyinə görə, Milli Şura üzvləri Tiflisə səfər etdi. Bu baxımdan reallıq ortadadır. Hesab edirəm ki, İsa bəy kifayət qədər ağıllı adamdır və həqiqəti yaxşı bilir. Bildiyi üçün də Tiflis görüşündə iştirak etdi. Isa bəyin ordakı çıxışı ilə də tanışam və bildiyim qədəri ilə görüş zamanı təqdir olunan fikirlər səsləndirib. İsa bəy qeyd edib ki, indiki məqamda vahid namizədlik missiyasını üzərinə götümək qəhrəmanlıqdır. Bu baxımdan hesab edirəm ki, R.İbrahimbəyovun gəlişi ilə bağlı problemlər yetərincə aydın anlaşılmaqddır.
- Bundan bir müddət öncə Rüstəm İbrahimbəyovun həbs ediləcəyi ilə bağlı ehtimallar gündəmə gəlmiş, bununla bağlı Milli Şuranın bəzi üzvləri öz narahatlıqlarını ifadə etmişdi. Sizcə Rüstəm İbrahimbəyovun həbs təhlükəsi bu gün də kifayət qədər real hesab oluna bilərmi?
- Nə mən, nə siz, nə də R.İbrahimbəyov həbs və s. məsələlərdən sığortalanmamışıq. Lakin bugünə kimi elan edilən bütün açıqlamalar, istər vəkil Fuad Ağayevin, istərsə də əlaqədar dövlət rəsmilərinin açıqlamaları və s. göstərir ki, Rüstəm bəyə qarşı həbs təhlükəsi mövcud deyil. Lakin hesab edirəm ki, Rüstəm bəyin gəlib-gəlməyəcəyi ilə bağlı məsələ yaxın günlərdə öz qəti cavabını tapacaq. Əgər elə günü sabah Rüstəm bəyin məsələsi həll olunsa, o, elə həmin gün də Bakıya qayıdacaq. Bu dəfə bu məsələ əvvəlki vaxtlardan fərqli olaraq az zaman aparacaq.
- Sizcə Rüstəm İbrahimbəyovun gəlişi məsələsinin hələ də sual altında qaldığı bir məqamda Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakını təmin etmək üçün ehtiyat namizədin müəyyənləşməsi zəruri deyilmi?
- Biz bugünə qədər Milli Şurada vahid namizəddən başqa hər hansı bir namizədin olmayacağı fikrinin tərəfdarı idik və bu gün də bu qənaəti doğru hesab edirik. Milli Şuranın bugünkü namizədi R.İbrahimbəyovdur. R.İbrahimbəyov olmadığı təqdirdə, özü də bu fikri dəstəkləyəcəksə, o zaman bir nəfəri vahid namizəd kimi müəyyənləşdirmək olar. Lakin dediyim kimi, bizim vahid namizəd R.İbrahimbəyovdur. Ehtiyat namizəd isə yalnız o zaman seçilə bilər ki, buna R.İbrahimbəyovun özü də dəstək vermiş olsun.
- Əgər Rüstəm İbrahimbəyovun seçkidə iştirakı hər hansı bir səbəbdən mümkün olmasa, o zaman vahid namizəd kimi kimin namizədliyinin irəli sürülməsini daha məqbul hesab edərsinz?
- Bizim fikrimizcə, R.İbrahimbəyov seçkidə iştirak edə bilməyəcəyi təqdirdə, Milli Şuranın yalnız bir namizədi ola bilər ki, bu da Rafiq Əliyevdir. Əgər avqust ayının 9-na kimi Milli Şuradan kənarda olan, heç bir siyasi mənsubiyyəti olmayan bir şəxsin vahid namizəd kimi seçklilərdə iştirak edəcəyi zərurəti yaranarsa, o zaman bu varianta üstünlük verəcəyik.
- Bu variant da reallaşmazsa, o zaman hansı addımlar atılacaq?
- Yox əgər bu da baş tutmazsa, o zaman Milli Şurada təmsil olan şəxslər, bu, istər İsa Qəmbər olsun, istərsə də Mirmahmud Mirəlioğlu, onlar öz tərəfdarlarının və onları dəstəkləyənlərin namizədi olacaqlar. Milli Şuranın namizəd olmayacaqlar. “Milli Şurada ehtiyat namizəd ola bilməz” fikrini irəli sürən şəxslər bu fikri səsləndirəndə məhz məlum situasiyanı nəzərdə tuturlar.
- Prezident seçkilərinin vaxtının 16-dan 9-na keçirilməsi bəzi siyasilər tərəfindən R.İbrahimbəyov amili ilə əlaqələndirilir. Onların fikrincə, hakimiyyət seçkilərin vaxtını ona görə irəli çəkir ki, Rüstəm İbrahimbəyov seçkilərə qədər Rusiya vətəndaşlığından azad ola bilməsin. Necə hesab edirsiniz, seçkilərin önə çəkilməsi doğrudanmı yalnız Rüstəm İbrahimbəyov faktoru ilə bağlıdır?
- Ola bilsin ki, əgər bu dəyişikliyin on səbəbi varsa, bu səbəb də onlardan bir ola bilər. Biz bundan öncə də bildirmişdik ki, 2013-cü il seçkilərdə iştirak edəcək namizədlərin hamısı qurbanlıq namizədlərdir. Həmin seçki günü Qurban bayramına düşdüyünə görə, bunlar qurbanlıq namizədlər sayılmalıdır. Qurbanlıq namizədlər iştirak edəcəyi bu seçkilərdə hakimiyyət seçki tarixini irəli çəkdi, halbuki bunu geriyə də çəkmək mümkün idi. Iqtidar seçkilərin çox tez baş tutmasını istəyir. Iqtidar düşərgəsində seçki ilə bağlı müəyyən tələsiklik və narahatlıq duyulmaqdadır. Iqtidar istəyir ki, seçki də, andiçmə mərasimi də tez olsun. Bu, iqtidarın duyduğu qorxu və təlaşdan irəli gəlir. İqtidar təmsilçiləri arasındakı tələskənlik o həddə çatıb ki, MSK sədri Məzahir Pənahov seçkilərin cari ilin 9 oktyabr tarixinə keçirildiyini bildirəndə, çox ciddi siyasi səhvlərə yol verdi. Hansı ki, o, bu vaxta qədər bunca siyasi səhvə yol verməmişdi.
- Milli Şuranın prezidenmt seçkilərində qalibiyyət şansını necə qiymətləndirisiniz, Sizcə vahid namizədlə seçkilərə qatılmaq bu seçkilərin nəticəsinə həlledici təsir göstərə bilərmi?
- Əgər Milli Şura seçkilərdə vahid namizədlə təmsil olunacaqsa, bütün müxalif qüvvələr seçkilərə bir arada qatılacaqsa, o zaman seçki kampaniyası zamanı bizə çox böyük dəstək olacaq. Belə olarsa, Mili Şuranın prezident seçkilərində qalib gəlmək şansı çox böyük olacaq. Milli Şuranın şansının seçkilərdə nə qədər böyük olduğu iqtidar təmsilçilərinin son günlər səslənən bəyanatlarından da aydın surətdə hiss edilməkdədir. Mən bir daha qeyd edirəm ki, bizim birlikdə şansımız çox böyükdür. Təbii ki, seçkilərə vahid namizədlə qatılmasaq və bu birlikdə müəyyən problemlər meydana çıxsa, o zaman şansımız da qat-qat azalacaq. Bu, inkaredilməzdir.
Seymur Əliyev
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
|