GÜLƏR ƏHMƏDOVA AZADLIĞA BURAXILIR
Tarix: 6-08-2013, 15:16 |
Çap et
İRAN PORTALI KEÇMİŞ DEPUTATLA BAĞLI XƏBƏR YAYDI
DİA.AZ: - Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoya görə fevral ayında həbs edilmiş və haqqında həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra may ayında sabiq deputatın həbs müddəti daha 3 ay uzadılmışdı. Həbsdə olan zaman qalmaqallı açıqlamarıyla gündəmdə qalan G.Əhmədovanın bir müddət əvvəl vəkillərinə avqustun 8-nə kimi danışmağı qadağan etməsi xəbəri də yayıldı.
Gülər Əhmədovanın həbs müddəti avqustun 8-də bitir. Gülər Əhmədova gündəmdən düşmək üçün vəkillərinə danışmağı qadağan edib. Bu isə artıq gündəmdə olmayan sabiq deputatın həbsdən çıxmaq ehtimallarını artırır.
DİA.AZ bildirir ki, bu barədə məlumatı “arannyus” portalı yayıb. Portalın iddialarından belə anlaşılır ki, keçmiş YAP-çı deputat Gülər Əhmədova özü ilə bağlı məsələlərin unutdurulmasında maraqlıdır ki, bu da ona azadlığın vəd edilməsilə əlaqədardır.