MEHRİBAN ƏLİYEVANIN NAMİZƏDLİYİ YENİDƏN GÜNDƏMDƏ
Tarix: 15-08-2013, 11:48 |
Çap et
SEÇKİ BLOKU MÜRACİƏT ÜNVANLAYIB
DİA.AZ: - “Yeni İslahat” Seçki Blokunda təmsil olunan Azərbaycan Mübarizlər Partiyasının sədri Ağadur Müslümovun bildirdiyinə görə, prezident seçkiləri ilə əlaqədar seçki bloku Mehriban Əliyevaya müraciət ünvanlayıb.
DİA.AZ-ın məlumatına görə, Ağadur Müslümov açıqlamasında bunları deyib: ““Yeni İslahat” Seçki Bloku Mehriban xanıma müraciət qəbul edib. Müraciətdə biz Mehriban xanımın namizədliyini irəli sürmüşük və onu dəstəklədiyimizi bəyan etmişik. Biz Mehriban xanımdan, “Yeni İslahat” Seçki Blokunun xoşməramlı müraciətinə münasibət bildirməsini xahiş etmişik və əgər müsbət cavab olarsa, biz yaxın zamanlarda MSK –ya lazımi sənədlər təqdim edəcəyik”.
Ağadur Müslümov həmçinin onu da bildirdi ki,” Yeni İslahat Seçki Bloku”nda Azad Respublikaçılar Partiyası (sədri Kamil Seyidov ) və Azərbaycan Mübarizlər Partiyası ( sədri Ağadur Müslümov), ziyalılar və qeyri-hökumət təşkilatları təmsil olunur.