KEÇMİŞ NAZİR BAKIDAKI ŞİRKƏTİNİ MƏMURA SATDI
Tarix: 15-08-2013, 16:32 |
Çap et
NAMİQ ABBASOV AZƏRBAYCANDA DİNCƏLİB
DİA.AZ: - Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri, hazırda Azərbaycanı Özbəkistanda təmsil edən Namiq Abbasov bu günlərdə Bakıda olub. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, Azərbaycanda olan keçmiş MTN şefi yaxınları ilə dincəlmək məqsədilə bir neçə rayona da getməyə fürsət tapıb.
Məlumatda ilginc olanı isə odur ki, Bakıda olarkən Namiq Abbasov ona məxsus olan inşaat şirkətini də hazırda vəzifə başında olan məmurlardan birinə satıb. Bunu da mənbəmiz iddia edir.
Qaynağın sözlərinə görə, həmin şirkətə Namiq Abbasovun qardaşı rəhbərlik edirmiq. Amma şirkətin nədən satıldığı barədə heç nə deyilmir.