“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” .....                     Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                     Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur .....                     Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                     Ermənistan COP29-a GƏLƏCƏK? .....                     Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib .....                     Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... .....                     Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir? .....                     Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? .....                 

AZƏRBAYCAN İRANA MƏZAR OLACAQ
Tarix: 9-01-2012, 10:16 | Çap et
AZƏRBAYCAN İRANA MƏZAR OLACAQ

FARSLARIN BAKIYA HÜCUM EDƏCƏYİ HALDA TÜRKİYƏ NƏ EDƏCƏK?

Azərbaycanı hərbi müdaxilə ilə hədələyən molla rejimi Küveyti işğala cəhd edən Səddam Hüseyn rejiminin aqibətini yaşayacaq

DİA.AZ: - İran Azərbaycandan nə istəyir? Hər halda bu sualın cavabı hər kəsə aydındır. Sovetlər Birliyinin dağılmasının ardından dünyanın siyasi xəritəsinə müstəqil Azərbaycan dövlətinin daxil olmasını fars-molla rejimi heç bir formada həzm edə bilmir. Hər halda, bu dözümsüzlüyü bir mənada normal qarşılamaq da olar. Azərbaycan torpaqlarının və Azərbaycan türklərinin böyük hissəsini öz əsarəti altında saxlayan rəsmi Tehran gözəl başa düşür ki, günlərin birində SSRİ kimi İran adlı imperiya da tənəzzülə uğrayacaq. Bu tənəzzülü isə realizə edən əsas lokomotivin məhz Azərbaycan türkləri olacağını dərk edən fars-molla rejimi, bu səbəbdən baş verəcək qaçılmazların qarşısını almağa çalışır. Və bu da nəticədə İranın antiAzərbaycan siyasətinə baş vurması ilə nəticələnməkdədir.
Azərbaycan müstəqilləşəndən sonra molla rejimi Azərbaycana münasibətdə yalnız Ayaz Mütəllibovun dövründə müəyyən qədər üsullu davranıb. Lakin bu üsulluluğun özü belə şübhəlidir. Çünki həmin ərəfədə xarici mətbuatda yer alan bəzi ekspert rəylərində bildirilirdi ki, İran SSRİ-dən qopan müstəqil Azərbaycan dövlətini öz içinə almağa hazırlaşır. Və əgər dünya birliyinin fərqli bir reaksiyası olsaydı, hətta fars-molla rejiminin müstəqil Azərbaycanı da işğal etməsi faktı baş verə bilərdi.
Təbii ki, belə bir niyyət və ovqat da təsdiqləyir ki, əslində məhz Rusiya ilə münasibətləri fonunda Ayaz Mütəllibov iqtidarı ilə müəyyən təmslarda olan fars-molla rejimi həmin ərəfədə daha çox yuxarıda vurğulanan maraqlarının icrasına çalışıbmış. Və belə bir siyasətin davamı da həm Əbülfəz Elçibəy iqtidarına və həm də sonrakı YAP iqtidarına qarşı düşmənçilik ovqatı ilə müşaiyət olunmalı idi.
Təbii ki, Əbülfəz Elçibəy bir türk millətçisi olaraq İranla bağlı siyasəti səbəbindən mola rejimi tərəfindən bəyənilməə bilərdi, amma Heydər Əliyev yürütdüyü siyasət İranın Azərbaycana münasibətinin dəyişməsinə şərait yaratsa da, rəsmi Tehran bunda maraqlı olmadığını dəfələrlə nümayiş etdirdi. Məhz Heydər Əliyevin prezidentlik dönəmində Bakı ilə Tehranın arasında çox ciddi gərginlik yaşandı. İki gündən bir Azərbaycanın hava məkanını öz hərbi təyyarələri ilə dəlik-dəlik edən fars-molla rejimi İlham Əiyev prezident kürsüsünə keçəndən sonra da münasibətlərini dəyişmədi.
İranın Azərbaycana qarşı ən böyük düşmənçiliyi isə Tehranın Qarabağ məsələsinə münasibətdə düşmən Ermənistana açıq-aşkar dəstək verməsi ilə özünü nəzərə çarpdırdı. Təsadüfi deyildi ki, erməni tankları məhz İran benzini ilə şiə Azərbaycan türkünün üzərinə yeridi. Və əgər İran həqiqətən də bu gün elan etdiyi kimi məhz şiələrin marağından çıxış edirdisə o zaman nədən həm Qarabağ savaşında və həm də günü bu gün şiələrin qanına susayan ermənilərin baş himayəçisinə çevrilib. Deməli, fars-molla rejimi heç də dünyaya təqdim olunmağa çalışdığı kimi bir islam - bir şiə rejimi yox, sırf olaraq fars şovinizminin hökmranlıq etdyi bir imperiyadır. Və burada şiəçilik, eləcə də islam dəyərləri daha çox fars millətçiliyi naminə istismar olunmaqdadır.
Məlum olduğu kimi, son günlər İran Azərbaycana qarşı daha aıq düşmənçilik etməkdədir. İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfərinin ardından isə molla rejimi Azərbaycan dövlətini tarixi Türkmənçay sülh müqaviləsinin ləğv ediləcəyi ilə hədələməyə başlayıb. Artıq bu kimi absurd və cəfəng ideyalar İran parlamentində də ciddi şəkildə səslənməkdədir. Hətta İranın xarici siyasət idarəsinin ayrı-ayrı nümayəndələri belə rəsmi şəkildə əslində, Azərbaycana qarşı ərazi iddiası hesab olunan bu ideyalarını ifadə etməkdədirlər.
Hələlik rəsmi Bakı bu absurd iddialara susur. Və bu susqunluq əslində gözləniləndir də. Çünki əks halda, münasibətlər müharibə həddinə qədər yetişdirilə bilər. Məhz bu susqunluğa haqq qazandıran bəzi Qərb analitikləri bildirirlər ki, Azərbaycan hakimiyyətinin İrandan gələn təhdidlərə dözümlü yanaşması, əslində 3-cü dünya müharibəsinin qarşısının alınmasına bərabər bir hövsələ nümayişidir.
Ekspertlərin qənaətinə görə, molla rejimi ciddi-cəhdlə Azərbaycanla münasibətlərini hərb müstəvisinə dartmağa çalışır: «İranda anlayırlar ki, gec-tez Amerika və İsraillə hərbi müstəvidə toqquşacaqlar. Yəni regionda hərbi əməliyyatlar qaçılmazdır. Bu səbəbdən rəsmi Tehran müharibəni özü başlamaq istəyir. Və elə buna görə də, regionda Qərbi əsas tərəfdaşı hesab olunan əhalisinin böyük çoxluğu müsəlman şiə məzhəbindən olan Azərbaycan dövləti az qala İsrail qədərində İranın hədəfinə çevrilib».
Ekspertlər belə hesab edir ki, İran ona görə ilk atəşi açan tərəf olmaqda maraqlıdır ki, burada öz qələbəsinə ümid edir: «İranda elə düşünürlər ki, qaçılmaz olan müharibədə ilk atəş açan tərəf həm də sonuncu atəşin müəllifi olacaq. Bu gün ilk atəşin İsrailə tərəf açılması İrana hələlik sərf etməyə bilər. Amma daha zəif görünən Azərbaycan İran üçün əlverişli yemdir. Doğrudur, İranın Azərbaycana hansısa formada hərbi təcavüzü Səddam Hüseyn rejiminin devrilməsinin əsası kimi dəyərləndirilən və birinci İraq savaşına səbəb olan Bağdadın Küveytə hərbi təcavüzü ilə eyni mahiyyət daşımaqla yanaşı, eyni nəticəni də ortaya çıxara bilər. Yəni necə ki, Küveytə hərbi müdaxilə etməsi Səddam Hüseynə baha başa gəldi, eləcə də Azərbaycana hansısa formada hərbi müdaxilə İrandakı molla hakimiyyətini bitirə bilər».
Qərbli analitiklər onu da bildirirlər ki, amma buna rəğmən İran bu gün Azərbaycanı hədələyir və bu da rəsmi Tehranın odla oynamasına bənzəyir: «Azərbaycanla Türkiyənin yaxınlığı hər kəs üçün aydındır və İranın Azərbaycana hərbi müdaxiləsi artıq əməliyyatlarda Türkiyənin də iştirakı deməkdir. Çünki Türkiyə qan qohumu olan Azərbaycanı İran qarşısında tək buraxmayacaq. Və belə bir toqquşmada həm Qərbin, həm ABŞ-ın və həm də İsrailin Türkiyə ilə ortaq şəkildə Azərbaycan səngərində yer alacağı heç şübhəsizdir. Və hətta belə bir hadisənin başlamsı ABŞ-ın, xüsusən də İsrailin İranla bağlı planlarının daha erkən şəkildə həyata keçməsinə də zəmin yarada bilər».
Təbii ki, bütün bu fikirləri Quran ayəsi kimi yox, ekspert rəyləri kimi qəbul etmək lazımdır. Amma bu fikirlərdə yetərincə həqiqət payının olması da danılmazdır. Çünki İranın Azərbaycana qarşı hədələrinin əmələ çevriləcəyi şəraitdə molla rejiminin yıxılması şübhəsizdir. Ən azından bu gün İran ərazisində superetnosun məhz Azərbaycan türkləri olması, bu səbəbdən də İran ordusunun 70 faiz Azərbaycan türklərindən təkşili və digər bu kimi faktorlar da imkan yaradır ki, İranın Azərbaycana hansısa formada hərbi müdaxilə vəziyyətində dağılmasını proqnozlaşdıra biləsən.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17
Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11
Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07
İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03
Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00
“Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru