MEYDAN BABAYEV ÖZÜNƏ YENİ "MEYDAN" TAPDI
Tarix: 16-08-2013, 10:55 |
Çap et
MÜSAVAT... ACP... ƏDALƏT... ARDI VAR...Bir vaxtlar Müsavat partiyasından çox böyük səs-küylə Açıq Cəmiyyət Partiyasına (ACP) transfer olunan Meydan Babayev bu qurumun sıralarını da tərk edib.
Moderator.az-ın əldə etdiyi məlumata görə, artıq İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyasında özünə “meydan” tapan Meydan Babayev adıçəkilən təşkilatda mühüm postlardan birini tutacaq. Bizdə olan xəbərə görə, qurultaydan sonra onun Ədalət Partiyası Ali Məclisinin sədr müavini postuna gətiriləcəyi gözlənilir.