MƏDƏT QULİYEVDƏN İLGİNC KADR İSLAHATLARI
Tarix: 16-08-2013, 11:22 |
Çap et
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kadr dəyişikliyi olub.
APA-nın məlumatına görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsinə polkovnik Rafiq Ramazanov təyin edilib. M. Quliyevin digər əmri ilə R. Ramazanovun bundan əvvəl rəis olduğu Qeydiyyat İdarəsinin rəisi vəzifəsi isə Rəhim Şeyxəliyevə həvalə olunub.
Qeyd edək ki, Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi Azər Seydiov bir müddət əvvəl Bakı İstintaq Təcridxanasına (BİT) rəis təyin edilib. BİT-nin keçmiş rəisi Elxan Sadıqov isə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.