Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                 

HEYDƏROVUN DAHA BİR MAXİNASİYASI
Tarix: 9-01-2012, 10:24 | Çap et
HEYDƏROVUN DAHA BİR MAXİNASİYASI

FHN ŞEFİNİN GİZLİ İNŞAAT SÖVDƏLƏŞMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI

DİA.AZ: - "GEN" MMC, "Mur-Ay" MMC, "Kamran - B.Ə" MMC, "Safari-N" MMC... Bu şirkətlərin adı çəkiləndə uzun müddət mətbuatın gündəmindən düşməyən hadisələr xatırlanır: sadə vətəndaşların aldadılması, külli miqdarda pulların mənimsənilməsi, açılan cinayət işləri, həbslər.

Xatırladaq ki, ayrı-ayrı vaxtlarda bu tikinti şirkətlərinin hər biri vətəndaşlardan tikdikləri binalarda mənzil satmaq adı ilə böyük məbləğdə pullar almış, lakin sözlərinin üstündə durmamışdılar. Zərərçəkənlərin şikayətləri əsasında bu şirkətlərin bəziləri haqqında cinayət işi açılmış, bir neçə əməkdaşları həbs olunmuşdu. İş elə bununla da yekunlaşmışdı.

Vətəndaşlara isə nə mənzil verilmiş, nə də ödədikləri məbləğ geri qaytarılmışdı.

Təxminən, bir ay öncə isə "Mur-Ay" MMC-nin aldadıb pullarına sahib olduğu vətəndaşlara başqa bir şirkət tərəfindən yeni evlərin veriləcəyi söylənildi. Belə ki, "Şərur-inşaat" tikinti şirkəti hökumətlə olan anlaşmasına əsasən zərərçəkmişlərə itirdikləri evlərin əvəzində özünün inşa etdiyi və tikilməkdə olan binalardan yeni mənzillər verməyi öz öhdəsinə götürüb.

Məlumat üçün bildirək ki, "Mur-Ay" MMC vətəndaşlarla imzaladığı müqavilə əsasında onlara 80 min 500 kvadratmetr mənzil sahəsi tikib verməli olduğu halda, cəmi 23 min 400 kvadratmetr tikib. Bundan əlavə, vətəndaşlardan yığılmış 21 milyon 269 min manat vəsaitin 17 milyon 310 min manatı mənimsənilib.

Göstərilən rəqəmlər də "Şərur-inşaat"ın öz üzərinə nə qədər böyük məsuliyyətli iş götürdüyünü göstərir. İstər-istəməz, ortaya belə bir sual çıxır - "Şərur-inşaat"ın başqa şirkətin aldatdığı vətəndaşlara pul verməkdə marağı nədir?

İlk versiya kimi ağıla gələn şirkətin özünü bu yolla reklam etməsi fikri olur. Belə ki, bu xəbər demək olar ki, bütün mətbuat orqanlarında dərc olundu, "Şərur-inşaat"ın indiyə qədər heç kimin görmədiyi bir iş görməsi - başqa tikinti şirkətinin fırıldağından əziyyət çəkənlərə pulsuz mənzil paylaması sensasiyalı bir xəbər kimi yayıldı. Əlbəttə, reklam fikri ağlabatan olsa da, o qədər də inandırıcı səslənmir. Çünki, heç bir şirkət öz reklamına 17 milyondan artıq pul xərcləməz.

Başqa bir variant isə şirkətin bu addımından sonra dövlətin ona edəcəyi güzəştlərdən yararlanmasıdır. Çünki, razılaşmaya əsasən hökumət tərəfindən "Şərur-inşaat" şirkətinə Yasamal rayonunda 4 hektar torpaq sahəsi və güzəştli şərtlərlə - illik 12% olmaqla uzun müddətə 10 milyon manat kredit ayırılıb.

Lakin şirkətin maraqları heç bununla da bitmir. Belə ki, "Mur-Ay" MMC-yə mənzillərinin haqqını tam ödəmiş şəxslərə evlər əvəzsiz şəkildə verildiyi halda, pulun yarısını ödəmiş vətəndaşlar ödəmədikləri hissəni "Şərur-inşaat"a verməli olacaqlar. Ən maraqlısı isə qalıq hissənin "Mur-Ay" MMC ilə razılaşdırılmış məbləğdən daha yüksək tələb olunmasıdır.

Amma sadalanan səbəblər belə, "Şərur-inşaat"ın niyə bu cür "xeyriyyəçi" addım atmasına tam aydınlıq gətirmir. Əsas səbəb isə tamam başqadır. Artıq heç kimə sirr deyil ki, yazının əvvəlində adını sadaladığımız tikinti şirkətləri də "Şərur-inşaat"ın törəmə şirkətləridir. Bu isə o deməkdir ki, "Şərur-inşaat" heç də xeyriyyə məqsədli bir iş görmür. Əksinə, çoxdan atmalı olduğu addımı atır.

Əhali isə bu qədər aldanışdan sonra yenə də öz mənzillərinə sahib olacaqlarına inana bilmirlər. Digər tikinti şirkətlərinin qurbanı olmuş vətəndaşlar isə hələ də ya mənzillərini ya da ödədikləri pulu alacaqları günü gözləyir.

Qeyd edək ki, "Şərur" MTK-nın törəmə şirkəti olan "Kamran B.Ə" MMC mənzil-tikinti şirkətinin aldatdığı müştərilər bu günlərdə yenidən etiraz aksiyası keçirdilər. 250-yə yaxın aldadılan müştərini təmsil edən 60-a yaxın müştəri aksiyaya qatılıb.

Aksiya iştirakçıları şirkət rəhbərliyinin müştəriləri aldatmasına, müqavilə şərtlərinə əməl etməməsinə, bir mənzili bir neçə müştəriyə satmasına etirazlarını ifadə edib.

Bu barədə redaksiyamıza hökumət içindəki qaynaqlardan ötürülən informasiyada isə bildirilir ki, əslində «Şərur-inşaat»ın fırıldaqçı şirkətlərin qurbanı olmuş vətəndaşlarla bağlı yaranmış problemin həllinə cəlb edilməsində birbaşa olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərov da iştirak edib. Xatırladaq ki, bu barədə hələ öncələrdən də məlumat vermişdik və bildirmişdik ki, birbaşa olaraq dövlət başçısı Kəmaləddin Heydərovu həm «Mur-AY» MMC-nin və həm də digər inşaat firmalarının aldatdığı sakinləri razı salmağa təhkim edib.

Bu barədə yayılan xəbərlərdə bildirilirdi ki, Kəmaləddin Heydərov əslində burada təsadüfən seçilməyib. Hər halda, onun bu gün inşaat sektorunda əsas fiqur olması hər kəsə məlumdur. Hətta digər oliqarx-məmurlar belə FHN şefi ilə bu məsələdə ayaqlaşa bilmirlər. Eyni zamanda Kəmaləddin Heydərovun həm də rəhbərlik etdiyi qurumun mahiyyəti səbəbindən inşaat sektorunda əldə etdiyi «təbii haqqları» da şərait yaradır ki, o, bu sahədə əsas fiqur kimi qabara bilsin. Bu da nəticədə Kəmaləddin Heydərova üstünlüklər verdiyi kimi, həm də problemləri həll etmə öhdəçiliyini də yaratmış olur.

Onu da xatırladaq ki, Kəmaləddin Heydərovun ilk əvvəl «Mur-AY» MMC ilə bağlı yaranmış qalmaqalı hazırda Xətai rayonuna rəhbərlik edən Razim Məmmədova həll etməsi üçün göstəriş verdiyi və bu göstərişin icra başçısı tərəfindən qulaqardına vurulduğunu da diqqətinizə çatdırmışdıq. Bu səbəbin isə nəticədə icra başçısının FHN şefinin hədəfinə çevrilməsinə şərait yaratdığı məlum olmuşdu. Onu da bildirək ki, Razim Məmmədov birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kurasiyasında olan fiqurlardan biri kimi dəyərləndirilir.

Qayıdaq mövzumuza. Məlumatlı mənbələr bildirir ki, «Şərur-inşaat»ın fırıldaq nəticəsində aldadılmış vətəndaşların probleminin həllinə cəlb edilməsi ideyası da elə Kəmaləddin Heydərova məxsusdur. Bu barədə məlumatlı qaynağın söylədikləri: «Həmin şirkət bu vaxta qədər inşaat üçün lisenziya əldə edə bilmirdi. Amma bu ilin ilk günlərindəcə «Şərur-inşaat»ın lisenziya problemi həllini tapıb. Bundan əlavə, «Şərur-inşaat» məhz «fırıldaq problemi»ni çözəcəyi səbəbindən əlavə imtiyazlara da malik olacaq ki, bu imtiyazların başında gələni sözügedən şirkətin tikdiyi yaşayış evlərinin qazlaşdırılma probleminin həlli məsələsidir. Yni zamanda «Şərur-inşaat»ın dövlət layihələrindəki əksər tenderlərdə də qalib olacağı şübhəsizdir».

Necə deyərlər, bu ölkədə heç nə təsadüfən baş vermir…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru