MURSİNİN ƏN YAXIN ADAMI HƏBS OLUNDU
Tarix: 20-08-2013, 11:13 |
Çap et
İNQİLABIN ÇƏRXİ TƏRSİNƏ DÖNƏNDƏ...Misirdə “Müsəlman qardaşlar” hərəkatının Rəhbərlik Şurasının sədri Məhəmməd Bədii həbs olunub. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, M. Bədii paytaxt Qahirənin Nasir City məhəlləsindəki evində həbs olunub və zirehli maşınla polis idarəsinə aparılıb, oradan isə bir çox siyasətçinin saxlanıldığı Əl-Əqrəb həbsxanasına göndərilib.
M. Bədii iyulun 8-də Respublika Qvardiyasının qərargahı qarşısında 84 nəfərin ölümü ilə nəticələnən hadisə zamanı insanları zorakı əməllərə cəlb etməkdə ittiham olunur.