İRANIN NƏ İSTƏMƏSİNİN ÖNƏMİ YOXDUR
Tarix: 9-01-2012, 12:45 | Çap et
“BU ÖLKƏ XƏZƏRDƏ 6 FAİZ PAYA MALİKDİR”
İranın nə istəməsindən asılı olmayaraq, bu ölkə Xəzərdə 6 faiz paya malikdir. Bunu politoloq Elçin Mirzəbəyli İranın bəzi KİV-lərinin yazdığı "rəsmi Tehranın Xəzərin bölgüsündə ona çatacaq pay 50 faizdən yuxarı olmalıdır" fikrinə münasibət bildirərkən söyləyib.
O, Xəzərin hüquqi statusu ilə bağlı araşdırma apardığını vurğulayıb və deyib: "1993-cü ildə imzalanması nəzərdə tutulan beynəlxalq neft müqavilələrinin qarşısını qiyam yolu ilə alan Rusiya, 1994-cü ildə gerçəkləşən layihələrə qarşı İranın ərazi iddialarını stimullaşdırdı. Sovet İttifaqının süqutundan sonra Xəzər regionundakı vəziyyət radikal şəkildə dəyişdi. 1920-ci ildən 1991-ci ilədək Xəzər dənizinə yalnız iki dövlət – Sovet İttifaqı və İran çıxış hüququna malik idi və dənizin hüquqi statusu bu iki ölkə arasında imzalanmıh müqavilələrlə müəyyənləşdirilirdi. Yeni müstəqil sahilyanı dövlətlərin yaranması balıqsılıq, dəniz təkinin kəşfiyyatı, hövzənin və onun enerji resurslarının istismarı ilə bağlı bir sıra hüquqi çətinliklərin və sərhəd problemlərinin ortaya çıxmasına səbəb oldu.
Xəsərin statusu ilə bağlı məsələni ilkin olaraq gündəmə 1992-ci ilin əvvəllərində Xəzər hövzəsi dövlətlərinin regional təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edən İran gətirdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bu istiqamətdə müzakirələrin daha kəskin şəkildə inkişafına səbəb oldu (1993-cü ildə imzalanması nəzərdə tutulan beynəlxalq neft müqavilələrinin qarşısını qiyam yoluyla alan Rusiya, 1994-cü ildə gerçəkləşən layihələrə qarşı İranın geosiyasi iddialarını stimullaşdırdı)".
Politoloq bu məsələ ilə bağlı tarixi arayış verib: "Xəzər dənizinin statusu ilə bağlı məsələ ilk dəfə Rus-İran müharibəsindən sonra gündəmə gəlib və iki imperiya arasında imzalanmış “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələrində əksini tapıb. Rusiya və İran arasında imzalanmış bu müqavilələr görə yalnız Rusiya Xəzər dənizində hərbi donanma saxlamaq hüququna malik idi.
1921-ci il fevralın 28-də RSFSR və İran arasında, 1931, 1935 və 1940-cı illərdə isə SSRİ və İran arasında Xəzərin statusunu müəyyənləşdirən müqavilələr imzalanıb. 1935-ci ildən etibarən SSRİ və İranın dəniz sərhədləri Həsənqulu (Türkmənistan) və Astaraçay (Azərbaycan) xətti üzrə müəyyənləşdirilib.
1982-ci ildə Sovet İttiafıqının dövlət sərhədləri haqqında qanun qəbul olunu və bu qanuna əsasən SSRİ-nin dövlət sərhədləri göl və su hövzələrində orta xətt və sovet sərhədlərinin çıxıntılarından götürülən düzxətt üzrə müəyyənləşdirilməlidir.
SSRİ və İran arasında imzalanan müqavilələr nəticəsində Xəzər dənizinin statusu daxili su hövzəsi kimi müəyyənləşib və bu amil beynəlxalq hüquq doktrinasında da əksini tapıb. Bu gün hövzənin bölünməsində əsasən iki yanaşma üstünlük təşkil edir. Bu yanaşmalardan biri Xəzərin dəniz, digəri isə göl olmasına söykənir".
E.Mirzəbəylinin fikrincə, əgər Xəzərin dəniz olduğunu qəbul etsək, bu halda onun akvatoriyasının bölünməsində beynəlxalq dəniz konvensiyaları (məs. Dəniz hüququna dair 1958-ci ildə qəbul edilmiş Konvensiya) əsas götürülməlidir (Onu da nəzərə almaq lazımdır ki, Xəzər tarixən dəniz adlandırılsa da, rəsmi sorğu kitablarında göllər qrupuna aid edilir). BMT-nin dəniz hüququna dair Konvensiyasında hər hansı bir hövzənin “dəniz” və yaxud “göl” adlandırılması üçün əsas onun dünya okeanı ilə əlaqəsi hesab edilir. Açıq dənizlərə o hövzələr aid edilir ki, onlar dünya okanı ilə birbaşa əlaqədədirlər. Yarımqapalı dənizlərə dünya okeanı ilə başqa dənizlər vasitəsilə çıxışı olan su hövzələri aiddir. Dünya okeanı ilə təbii dar keçidlərlə əlaqəsi olan su hövzələri isə Qapalı dəniz sayılır. Çaylar və süni kanallar isə beynəlxalq dəniz hüququnun predmeti hesab olunmurlar. BMT-nin Dəniz hüququna dair Konvensiyasına əsasən Xəzər okeanla təbii yollarla əlaqəsi olmadığı üçün “dəniz” hesab edilə bilməz. Hər hansı bir su hövzəsinə “dəniz” statusunun verilməsi sahilyanı olmayan istənilən ölkəyə bu dənizdən istifadə hüququ verir. Xəzər adi dənizlərdən biri kimi qəbul edilərsə, o zaman ona BMT-nin kontinental şelf və dəniz hüququna dair Konvesiyası (1958 və 1982) avtomatik olaraq tətbiq olunmalıdır. Belə olacağı təqdirdə Xəzəryanı dövlətlərdən hər biri 12 millik ərazi suları üzərində suveren hüquqlar və 200 millik iqtisadi zona əldə edir. Lakin Xəzərin maksimal eni 200 dəniz milini ötmədiyi üçün iqtisati zonanın xarici sərhədlərini orta xətt üzrə götürmək olar. BMT-nin Konvensiyasına əsasən ərazi suları deyiləndə sahilyanı dövlətlərin sahili, adaları və daxili suları ilə kəsişən müvafiq ölçüyə malik dəniz zolağı başa düşülməlidir. Ərazi suları (suyun təki, səthi və hava zolağı) – sahilyanı dövlətin ərazisinin tərkib hissəsidir və əraziyə daxil olan bütün gəmilər bu dövlətin qanunlarına tabe olmalıdır.
Onun araşdırmasında bildirilir: "Yuxarıda adıçəkilən Konvensiyaya əsasən, əgər dəniz iki və yaxud bir neçə dövlətin əraziləri ilə əhatə olunursa, eyni zamanda açıq dənizə (Dünya okeanına) heç bir çıxışı yoxdursa, o zaman sahilyanı dövlətlərin sərhədləri çərçivəsində daxili milli sular hesab olunur. Bu bölgüyə görə, Xəzər mübahisəsiz olaraq göldür. Təbii ki, bu halda akvatriya bölgüsü ciddi şəkildə şimaldan cənuba qədər orta xətt və sahilyanı dövlətlərin sahilə çıxan sərhəd kəsişmələri üzrə aparılmalıdır. Bu halda həmin akvatoriya bütövlükdə sahilyanı ölkənin ərazisinin tərkib hissəsi sayılır və açıq dəniz anlayışı buraya tətbiq oluna bilməz. Bütün hallarda, hər bir Xəzəryanı dövlət ərazi sularında suveren hüquqlarını qorumaqla yanaşı, sahilyanı dövlətlərin hövzənin bioloji resurslarının, ekologiyasının, eləcə də bölgənin hərbi-siyasi təhlükəsizliyinin qorunmasıyla bağlı maraqlarını da nəzərə almalıdır.
Bütün bunlara baxmayaraq, indi Xəzərin bölünməsi ilə bağlı sərhədyanı dövlətlərin vahid mövqeyi hələ də nəzərə çarpmır. Bu məsələdə Xəzərin bölünməsinin hüquqi əsasını təşkil edən müvafiq Konvensiya və müqavilələrə rəğmən Azərbaycana təzyiq vasitəsi kimi Rusiya tərəfindən danışıqlara cəlb edilən İran daha sərt mövqedən çıxış edir. Danışıqlar ərzində İranın mövqeyində hər hansı ciddi dəyişikliklərin baş verməməsi onu sübuta yetirir ki, bu ölkə öz təcavüzkar iddialarından əl çəkmək niyyətində deyil. Hazırda Xəzər şelfi üzərində 14% payı olan bu İİR əlavə olaraq 6%-ə də iddialıdır. İranın Xəzərətrafı sərhədləri yalnız Azərbaycan və Türkmənistanla kəsişdiyi üçün bu ölkənin Rusiya və Qazaxstandan əlavə pay umması coğrafi reallıqlara uyğun gəlmir. Deməli, İran Azərbaycanın və Türkmənistanın ərazi sularına (ərazilərinə) iddia edə bilər. İranla Türkmənistan arasında isə Xəzər şelfi ilə bağlı hələ ki, ciddi narazılıqlar nəzərə çarpmır. Əksinə, Türkmənistan yaranmış vəziyyətdən öz xeyrinə yararlanmağa çalışır. Tehranı heç bir hüquqi əsas olmadan danışıqlara cəlb edən Moskvanın isə Xəzərin milli sektorlara bölünməsinin əleyhinə olmaması təbii qəbul olunmalıdır. Rusiyanın İran və Türkmənistanla sərhədləri yoxdur və hər iki ölkənin iddiaları şimal ölkəsini tamamilə təmin edir.
O vurğulayıb ki, Rusiyanın mövqeyi təkcə Xəzərin milli sektorlara bölünməsi ilə yekunlaşmır. Moskva Xəzərin səthinin və sərvətlərinin ümumi istismarıyla bağlı iddialarında hələ də israrlıdır. Rusiyaya görə Xəzər milli sektorlara bölündükdən sonra sahilyanı dövlətlərin dəniz sərhədləri sözün hərfi mənasında qəbul edilməli deyil. Bu sərhədlər ilk növbədə bu və ya digər dövlətin suyun təkindəki sərvətlər üzərində suveren hüquqları kimi başa düşülməlidir. Bu yanaşma, çox güman ki, Rusiyanın suyun səthində hərbi-siyasi manevr imkanlarının genişləndirilməsinə xidmət edir. Xəzərdə ən böyük hərbi donanmaya malik olan Rusiya bununla suyun səthinə (sərhədyanı dövlətlərə) nəzarəti öz əlində saxlamaq niyyətindədir.
İran və Türkmənistanın digər üç dövlətdən (Azərbaycan, Qazaxstan, Rusiya) fərqli olaraq, «orta xətt» prinsipiylə razılaşmamasının əsas səbəbi Tehranın və Aşqabadın Xəzərdəki yeni (perspektiv) neft yataqları üzərində öz hüquqlarını təmin etmək istəyi, eləcə də Azərbaycana məxsus (İranın və Türkmənistanın mübahisəli hesab etdiyi) yataqların istismarının qarşısının alınması ilə bağlıdır. İranın neft nazirinin ölkəsinin Xəzərin statusu haqqında sənədin imzalanmasını gözləmədən mübahisəli hesab etdikləri neft yataqlarının istismarına başlayacaqları barədə verdiyi bəyanatları, Türkmənistanın isə Kəpəz neft yatağının istismarı ilə bağlı Kanada şirkətiylə danışıqlar aparmasını təsadüfü hesab etmək olmaz.
Yaranmış vəziyyət danışıqlar prosesinin dalana dirəndiyini açıq-aşkar sübuta yetirir. İran beynəlxalq hüquqa görə Azərbaycana məxsus olan ərazi sularına iddiasını və ölkəmizə qarşı siyasi təzyiqlərini davam etdirir. Lakin Azərbaycan İranın ətrafında uranın zənginləşdirilməsi və terrorizmlə bağlı yaranmış vəziyyətdən məharətlə istifadə edərsə mövcud durumu dəyişə bilər.
Azərbaycan dəniz hüququna dair BMT tərəfindən 1958-ci ildə qəbul edilmiş Konvensiyaya əsasən, İranın ərazi iddialarıyla bağlı BMT-yə müraciət edə bilər və indiki halda beynəlxalq vəziyyət Azərbaycan üçün daha əlverişli görünür.
Qeyd: Beynəlxalq təcrübədə göllərin (qapalı su hövzələrinin) ortaq xətt üzrə milli sektorlara bölünməsi yeni hadisə deyil. Bununla bağlı Çad (Kamerun-Çad-Nigeriya-Niger), Böyük göl (ABŞ-Kanada) və s. su hövzələrini misal çəkmək mümkündür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|