"ƏLİ KƏRİMLİ ÖZÜ QAZDIĞI QUYUYA DÜŞDÜ"
Tarix: 21-08-2013, 11:55 |
Çap et
Bunu Müsavat Partiyası sədrinin müşaviri Mustafa Hacıbəyli facebook profilində yazıb. Hafta.az-ın verdiyi xəbərə görə, M.Hacıbəyli sadəcə faktı təsbit etdiyini bildirib: “AXCP Ali Məclisi "U dönüşü" adlandırılan qərarı qəbul edənədək Milli Şurada bütün məsələlərdə Əli Kərimlinin mövqeyi Əvəz Temirxanla, Sülhəddin Əkbərlə və Xədicə İsmayılovanın bu gün "sobotajchi" adlandırdığı siyasət adamları ilə üst-üstə düşürdü. Vaxtilə Əli Kərimlinin "kardinallar" adlandırıb İsa Qəmbər əleyhdarlarının sayını çoxaltmaq məqsədilə Milli Şuraya təkidlə daxil etdiyi həmin şəxslər son sessiyada onun özünə qarşı birləşdilər. Mən sadəcə, faktı konstatasiya etdim, çünki qol vurulubsa, hesab tabloya yazılmalıdır”.