MİKAYIL CABBAROV DAHA 4 NƏFƏRLƏ BAĞLI QƏRAR VERİR
Tarix: 22-08-2013, 15:55 |
Çap et
YENİ NAZİRDƏN «MÜASİR STANDART»…
DİA.AZ: - Təhsil Naziri Mikayıl Cəbbərov şok dəyişiklik tədarükündədir. Bu barədə DİA.AZ-a TN-dəki qaynaqlar xəbər verib.
Mənbə iddia edir ki, təhsil naziri nazirliyin 4 əməkdaşına işdən alınacaqları ilə bağlı xəbərdarlıq edib: «Əslində Mikayıl Cabbarov işinə bir növ müasir «standartlara uyğun» şəkildə yanaşır. Yəni bağlı qapı arxasında iş görmür. Əvvəlcədən atacağı addımla bağlı məlumat verir».
Mənbə bildirir ki, adları «qara siyahı»ya salınan nazirlik əməkdaşlarına qabaqcadan məlumat verilib: «Onlar xəbərdarlıqlarını alıblar və yır-yığış tədarükündədirlər. Yaxın günlərdə qərar veriləcək. Vəzifələrindən alınacaq məmurlardan biri hazırda məzuniyyətdə olduğundan qərarın verilməsi yubadılır».
Onu da bildirək ki, mənbəmiz həmin şəxslərlə bağlı dolğun bilgiləri yaxın vaxtlarda rejdaksiyamıza çatdıracaq. Bizi izləyin…