İCRA BAŞÇISI ONA QOŞULAN AYAMADAN NARAZIDIR
Tarix: 23-08-2013, 12:01 |
Çap et
“Mən prezidentin təyin etdiyi icra başçısıyam. İşim göstərilən etimadı doğrultmaq və xalqa xidmət etməkdir. Mən bilmirəm ki, nəyə görə, mətbuatda adımı “Çakır” deyə yazırlar”. Bu sözləri Moderator.az-a açıqlamasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov adının mediada “Çakır” yazılmasına münasibət bildirərkən söyləyib: “Çakır” adını bir filmdə görüb, yazırlar. Mən “Çakır“ deyiləm. Mənim işim yalnız xalqa xidmət etməkdir. Başqa nə deyirlər, yazırlarsa özləri bilsinlər".