DAHA BİR GENERALIN QOLLARI QANDALLANDI
Tarix: 10-01-2012, 14:23 |
Çap et
NƏHAYƏT Kİ, HURŞİT TOLONLA BAĞLI DA HƏBS QƏRARI VERİLDİ
Terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində barəsində cinayət işi qaldırılmış istefada olan ordu generalı Hurşit Tolon haqqında həbs-qətimkan tədbiri seçilib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, istintaqı aparan prokurorun sanksiyası ilə H. Tolon bu gün həbs edilib.
Qeyd edək ki, ordu generalı hökuməti devirməyə cəhd ittihamı ilə 2008-ci il iyulunda həbs edilmiş və 2009-cu ilin fevralında azadlığa buraxılmışdı.
1942-ci il təvəllüdlü H. Tolonun Türkiyə Silahlı Qüvvələrindəki son vəzifəsi Egey ordusunun komandanı postu olub.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, istefada olan ordu generalı İlkər Başbuğ da həbs edilib.