ELŞAD ABDULLAYEV HANSI ÖLKƏDƏ GİZLƏNİB?
Tarix: 27-08-2013, 12:55 |
Çap et
BEYNƏLXALQ AXTARIŞA VERİLƏN KEÇMİŞ REKTORUN HİMAYƏDARI İLİŞİB
DİA.AZ: - Dünən barəsində beynəlxalq axtarış qərarı verilmiş keçmiş ABU rektoru Elşad Abdullayevin Bakıda dəstəkçiləri barədə məlumat hələ xeyli əvvəldən dövrü mətbuatda yer alıb. DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, keçmiş rektorun beynəlxalq axtarışa verilməsi qərarı həmin şəxslərdə böyük təlaş yaradıb. Hətta hazırda vəzifə başında olan şəxslərdən birinin təcili şəkildə Elşad Abdullayevlə telefonla danışmağa cəhd göstərməsi barədə də məlumatlar yayılıb.
Bu bardə DİA.AZ-a daxil olan informasiyadan aydın olur ki, kifayət qədər ciddi vəzifə tutan məmurlardan biri Elşad Abdullayevlə təmasa keçmək istəyib: «Onun keçmiş rektorun yaxınları vasitəsilə danışmaq istədiyi haqda məlumatlar dərhal müvafiq dairələrə çatdırılıb. Yəni hadisə faş olub və həmin adamla bağlı bütün bilgilər toplanılmaqdadır».
Mənbəmiz bu arada maraqlı bir informasiyanı da açıqladı: «Hələlik Elşad Abdullayevin harda olduğu bilinmir. O, Fransadan gedib. Ukraynada olduğu güman edilir. Amma başqa Avropa ölkələrindən də sədası gəlməkdədir».
Mənbəmiz onu da əlavə etdi ki, Elşad Abdullayevin Hollandiyadan siyasi sığınacaq istəməsi barədə də hüquq-mühafizə orqanlarına informasiyalar daxil olub.