TÜRKMƏNİSTAN DEMOKRATİKLƏŞİR, PARTİYA YARATMAĞA İCAZƏ VERİLDİ
Tarix: 11-01-2012, 12:09 |
Çap et
“BİR AZDAN HOVUZA SU DA BURAXACAQLAR”
Türkmənistan parlamenti “Siyasi partiyalar haqqında” qanun qəbul edib. “Media forum” saytı xəbər verir ki, qanun partiyaların yaradılması şərtlərini müəyyənləşdirir və onların dövlətlə münasibətlərini tənzimləyir.
Türkmənistanda yalnız bir – Demokrat Partiyası fəaliyyət göstərir. Bu qurum Türkmənistan Kommunist Partiyasının varisidir. Partiyanın lideri prezident Qurbanqulu Berdiməhəmmədovdur.