ARDNŞ ŞEFİ KÖHNƏ DOSTUNA NECƏ YARDIM EDİB?
Tarix: 28-08-2013, 12:58 |
Çap et
BEYNƏLXALQ AXTARIŞA VERİLƏN HÜSEYN ABDULLAYEV ARTIQ HƏDƏFDƏ DEYİL
DİA.AZ: - Özünün «Susma» mahnısı ilə siyasi yön dəyişdirdiyini ictimailəşdirən keçmiş deputat Hüseyn Abdullayev beynəlxalq axtarışa vverilsə də, onunla bağlı vəziyyətin dəyişməsi nədənindən hər hansı hüquqi addımın atılması demək olar ki, həyata keçirilmir. Bu ilginc məlumat DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olub.
Xatırladaq ki, hələ bir müddət əvvəl Hüseyn Abdullayevin öz durumu ilə bağlı hakimiyyətdəki əski dostlarından dəstək istəməsi barədə informasiya vermişdik. Söhbət uzun illər Hüseyn Abdullayevin yanında işləmiş, hazırda Dövlət Neft Şirkətinə rəhbərlik edən Rövnəq Abdullayevdən gedir. Bəzi məlumatlara görə, Rövnəq Abdullayev Hüseyn Abdullayevin biznesində onun işini icra edən sıradan şəxslərdən biri olub.
Və barəsində beynəlxalq axtarış qərarı çıxdıqdan sonra Hüseyn Abdullayev Rövnəq Abdullayevə söz yollayaraq onunla iqtidar arasında vasitəçi olmasını istəmişdi. Məlumatlı mənbə iddia edir ki, bu araçılıq uğurlu nəticə verdiyindən həm Hüseyn Abdullayev «efirdə» görünmür, həm də onunla bağlı hər hansı təqib xarakterli addım müşahidə olunmur.