CƏNUB BÖLGƏSİNDƏ TALAN SİYASƏTİ YÜRÜDÜLÜR
Tarix: 29-08-2013, 15:45 |
Çap et
QURULU İŞ YERLƏRİ SATIŞA ÇIXARILIB
DİA.AZ: - Dövlət Əmlakını İdarəetmə Komitəsinin (DƏİK) sədri Kərəm Həsənov iri zavod və fabrikləri metallom əvəzi satışa çıxarıb. Daha doğrusu, komitə sədri hansı zavod və fabrikin metal konstrkusiyası çoxdursa, onu yaxın qohumlarından və adamlarından birinin adına özəlləşdirərək, metal hissələrini çıxartdırıb satdırır.
Bu barədə DİA.AZ-a məlumat verən mənbələr bildirirlər ki, təkcə Cənub bölgəsində bu cür zavod və fabriklərin sayı 5-ə yaxın olub. Digər rayonlarda isə durumun nə yerdə olduğu hələlik məlum deyil. Mənbə bildirir ki, metal konstruksiyası olan zavodlara Kərəm Həsənov xüsusi adamlarını göndərir və onlar bu əmlakdan nə qədər metal çıxarmağın mümkün olacağını hesablayırlar. Əgər əldə olunacaq gəlirin miqdarı 2 milyon dollardan çox olarsa, həmin obyekt qısa müddətdə özəlləşdirilir və söküntü işlərinə başlanılır. Əks təqdirdə, proses dayandırılır.
Mənbə iddia edir ki, Kərəm Həsənovun adamları ölkədəki bu tip zavod və fabriklərin sayını və yerlərini tam dəqiqləşdiriblər. Onlar əllərindəki siyahı üzrə araşdırmalar aparır və nəticələri komitə sədrinə təqdim edirlər. Komitə sədrinin razılığından sonra isə söküntü işlərinə başlanılır.