MAZANDARANDA ZƏLZƏLƏ OLDU
Tarix: 12-01-2012, 12:03 |
Çap et
ZƏLZƏLƏNİN BAŞ VERDİYİ RAYONDA MOBİL RABİTƏSİ POZULUB
İranın şimalında yerləşən Mazandaran əyalətində 9 dəqiqəlik fasilə ilə 4 yeraltı təkan qeydə alınıb.
MehrNews xəbər verir ki, İranın Seysmoloji Xidmətin verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 20.38 qeydə alınıb və şimalda yerləşən Sari, Neka və Behşehr, həmçinin Tehran, Semnan və Gülüstanda hiss olunub.
Xəbər verilir ki, zəlzələnin baş verdiyi rayonda mobil rabitəsi pozulub. Dağıntılar haqqında məlumat verilməyib.