İRƏLİDƏ İSA QƏMBƏR-ƏLİ KƏRİMLİ DÖYÜŞÜ VAR
Tarix: 12-01-2012, 12:16 | Çap et
MÜXALİFƏTİN VAHİD NAMİZƏDİ NECƏ MÜƏYYƏNLƏŞƏCƏK?
Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkisinin nəticəsi olaraq Milli Məclisin qapıları yenidən müxalifətə bağlı qaldığından hakimiyyətə alternativ olan iki əsas partiya birləşməyə qərar verdi. Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat Partiyasının ortaq formalaşdırdıqları İctimai Palata iki səbəbdən cəlbedici görünürdü. Birincisi, illərdir bir-biri ilə gizli rəqabət aparan və bəzi hallarda bunun müxalifətin enerjisinin gərəksiz yerə xərclənməsinə yol açan AXCP və Müsavat qarşılıqlı ittihamları kənara qoyaraq vahid məqsəd uğrunda fəaliyyətə başladılar. İkincisi, AXCP və Müsavat İctimai Palata vasitəsilə bu iki partiyaya aidiyyatı olmayan digər partiya fəallarını, bir qrup siyasi ekspert və ziyalını da bir araya gətirən mexanizmi ortaya qoydu. Başqa sözlə hakimiyyətin siyasətindən narazı olan əsas qüvvələrin İctimai Palata çətiri altında birliyi formalaşdırıldı. İctimai Palata bir ara geniş müzakirə predmetinə çevrilən AXCP ilə Musavat Partiyasının birləşməsi diskussiyasına da son qoydu. Hər iki partiyanın eyni blokda fəaliyyəti bu mövzunu istər-istəməz gündəmdən çıxartdı.
Beynəlxalq aləmdə ərəb baharı ilə başlanan dəyişikliklər dalğası 2011-ci ildə İctimai Palatanı da fəallaşdırdı. Qurumun 2011-ci ilin ilk aylarında Bakının mərkəzi küçələrində keçirdiyi aksiyalar genişmiqyaslı olmasa da, cəmiyyətdə dəyişikliklərə ümidi artırdı, hakimiyyət isə bu prosesin artan xətlə inkişafının qarşısını almaq yolunu aksiyaya qatılanları həbs edərək, müxtəlif cəzalar verməkdə gördü. Buna baxmayaraq, 2011 İctimai Palatanın formalaşdığı və strukturlaşdığı il kimi yadda qaldı. Yeni ilin ilk günlərində isə İctimai Palatanın Koordinasiya Şurasına alternativ seçkilər keçirdi. Şuraya partiya funksionerlərindən tutmuş, mətbuat nümayəndələri və siyasi ekspertlərə qədər olan simalar seçildilər.
İctimai Palatanın xaricində qalan müxalifət partiyalarının da il başlayandan fəallaşdıqları müşahidə olunur. Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Liberal-Demokrat Partiyası və Azadlıq Partiyasının hərəkat yaratdıqları elan olunub. Buna baxmayaraq, cəmiyyətdə hakimiyyətə alternativ və iqtidara ciddi opponentlik edə biləcək qüvvə kimi məhz İctimai Palata qəbul olunur. Səfirlik və beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri də alternativ qüvvə kimi İctimai Palatanı idarə edən şəxslərlə görüşərək, fikir mübadiləsi aparırlar.
İctimai Palatanın 2011-ci ildəki hədəfi hakimiyyəti dialoqa məcbur etmək idi. Bu baş vermədi. Hakimiyyət müxalifətlə dialoqa ehtiyac duymadı. Müsavat Partiyasının Başqanı İsa Qəmbər 2012-ci il üçün İctimai Palata qarşısındakı hədəfin böyüdülməsini təklif edib: İlham Əliyevi istefaya məcbur etmək. Bu ötənilkindən də reallaşması çətin olan vəzifədir. Prezidenti istefaya məcbur etmək üçün narazı elektorat fəallaşaraq küçə və meydanlara axışmalıdır. İctimai Palatanın il ərzində buna necə və hansı üsullarla nail olacağını söyləmək çətindir. Əlbəttə, ərəb baharının tədricən cənubdan Azərbaycan sərhədinə yaxınlaşması, şimalda – Rusiyada isə hazırki rejimə qarşı müqavimətin güclənməsi Cənubi Qafqazda da demokratik prosesin istənilən an sürətlənə biləcəyi ehtimalını artırır. Ancaq xarici təsirlərlə yanaşı hakimiyyəti ciddi islahatlara məcbur edəcək daxili amilin də hərəkətə gəlməsi vacib şərtdir. İctimai Palata məhz bunun üzərində baş sındırmalıdır.
İctimai Palata 2012-ci ildə bir başqa önəmli suala da cavab tapmaq məcburiyyətindədir: Müxalifətin 2013-cü il prezident seçkisində vahid namizədi kim olmalıdır? Və bu namizəd necə müəyyənləşdirilməlidir? Prezident seçkisi yaxınlaşdıqca hər iki sualın aktuallığı artacaq. Bu il keçiriləcək Müsavat Partiyasının qurultayında İsa Qəmbərin Başqanlıq postunu tərk edəcəyi bildirilir. Buna baxmayaraq, İctimai Palata çərçivəsində İsa Qəmbərin prezidentliyə namizəd irəli sürülməsi perspektivi qalır. İsa Qəmbərlə yanaşı AXCP sədri Əli Kərimlinin də namizədliyinin irəli sürülməsi ehtimalı yüksəkdir.
Koordinasiya Şurasına keçirilən seçkilər bu ikisinin arasında vahid namizədin müəyyənləşməsi prosedurunu asanlaşdırır. Yəni İctimai Palata üzvləri arasında gizli keçirilən seçkilər prezidentliyə vahid namizədi müəyyənləşdirə bilər.
TURAN ANALİTİK XİDMƏTİ

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|