İCRA BAŞÇILARINA XÜSUSİ «FV» TƏLİMATI VERİLİR
Tarix: 30-08-2013, 16:51 |
Çap et
REGİONLARDAN SİQNAL DAXİL OLUB
DİA.AZ: - Rayonların icra hakimiyyəti başçılarına yeni seçki təlimatı hazırlanır. Bu barədə DİA.AZ-a Prezident Administrasiyasından xəbər verilib. Mənbə bildirir ki, yeni təlimatlar qarşıdan gələn prezident seçkilərilə bağlıdır.
Mənbənin söylədikləri: «Prezident seçkiləri ərəfəsində bir sıra rayonlarda təxribatların baş qaldıra biləcəyilə bağlı rəsmi Bakıya müxtəlif istiqamətlərdən siqnallar daxil olub. Həm xüsusi xidmət və həm də hüquq-mühafizə orqanları bu istiqamətdə müvafiq qaydada təlimatlandırılıb. Vəziyyət o qədər ciddidir ki, hətta icra strukturlarının da qüvvələri prosesə cəlb edilib».
Mənbənin sözlərinə görə, xüsusən cənub bölgəsi rayonlarında təhlükəli durum mövcud olduğundan bu bölgədəki rayonların icra başçılarının Bakıya dəvət edilməsi də planlaşdırılır.
Onu da bildirək ki, bu günlərdə Rusiyanın Azərbaycanda dövlət çevrilişi həyata keçirməyə hazırlaşması barədə ilginc faktlar açıqlanmışdı. Lakin Vladimir Putinin Bakı səfərinin ardından bu kimi söhbətlər bilmərrə qaydada yığışdırıldı. Bu dəfə isə cənub bölgəsində vəziyyətin gərginliyi barədə informasiyalar yayılıb. Hər halda, bu işdə İranın maraqlı bir tərəf kimi çıxış etdiyini təxmin etmək olar.
Nə etməli? Ruhaninin Bakı səfərini gözləməliyik? Deyəsən, «Azərbaycanda prezident olmaq üçün 9 dövlətin razılığı alınmalıdır» deyənlər yayınlmayıblar…