POLİS ELŞAD ABDULLAYEVİ HEÇ DƏ AXTARMIR
Tarix: 2-09-2013, 13:16 |
Çap et
KEÇMİŞ REKTOR FRANSADADIR VƏ HƏTTA RAHATCASINA SƏFƏRLƏRİNİ EDİR
DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev hazırda Fransadadır. Bu ilginc məlumatı DİA.AZ-a Avropada yaşayan soydaşlarımız verib.
Xəbəri verən qaynaq iddia edir ki, keçmiş rektor interpola axtarışa vverilsə də, deyəsən, bu barədə Fransa polisi məlumatlandırılmayıb: «Hətta Avropanın heç bir ölkəsində Elşad Abdullayevlə bağlı hüquqi təqibin aparılmadığını söyləmək olar. Ən azından ona görə ki, Fransa da Avropa Birliyi ölkəsidir və əgər Azərbaycanın belə bir qərarı verilibsə, Fransa ilə yanaşı, eyni zamanda digər AB ölkələrinin hüquq-mühafizə orqanları bu barədə məlumatlandırılardılar».
Mənbəmiz onu da dedi ki, Elşad Abdullayevin yaxın günlərdə İsveçə də səfəri nəzərdə tutulub: «Yəni bu adam istədiyi kimi hərəkət edir, istədiyi vaxt istədiyi yerə gedir».
Məsələ ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarının da mövqeyini öyrənib diqqətinizə çatdıracağıq. Bizi izləyin…