YAPONLARIN DEMOKRATİYA GEDİŞİ
Tarix: 13-01-2012, 12:30 |
Çap et
BAŞ NAZİR YESİXİKO İSTEFAYA GETDİ VƏ YENİDƏN QAYITDI
Yaponiya hökuməti yanvarın 13-də tam tərkibdə istefaya gedib və yenidən formalaşdırılıb. “Media forum” saytı xəbər verir ki, baş nazir Yesixiko Noda və daha 12 nazir öz postlarında qalıblar. Müdafiə; ədliyyə; təhsil; mədəniyyət və idman nazirləri, həmçinin baş nazirin sosial təhlükəsizlik və vergi islahatlarına cavabdeh müavini dəyişdirilib.
Hökumətdə yeniliklər baş nazir Yesixiko Nodanın müxalifətlə razılaşmaları əsasında baş tutub. Kadr dəyişikliklərinə görə, müxalifət satışdan verginin qaldırılmasını nəzərdə tutan qanun layihəsinə səs verməyə boyun olub. Bu artım büdcə kəsirini azaltmağa hesablanıb.