"EL" HƏRƏKATI "MİLLİ ŞURA"DAN NARAZI QALIB
Tarix: 4-09-2013, 11:30 |
Çap et
“El” hərəkatının üzvü Eldəniz Quliyev Hafta.az-a açıqlamasında təşkilatın dünən Milli Şuranın sessiyası ilə eyni vaxtda keçirilən toplantısı haqda danışıb. O bildirib ki, bu iclası barədə açıqlama verə bilməz: “Bizə qarşı müxtəlif təzyiqlər var. “El” hərəkatı pressinq altındadı. Özümüzün kifayət qədər problemimiz var. “El” hərəkatı əvvəlcədən idarə heyətinin toplantısını təyin etmişdi. Bu da Milli Şuranın iclası ilə eyni vaxtda düşdü. Amma biz öncədən qərarlaşdırmışdıq, Milli Şura sonradan öz sessiyasını bu vaxta təyin etdi. Buna görə də biz idarə heyətinin iclasını təxirə salmadıq”. E.Quliyevin sözlərinə görə, “El” hərəkatı Milli Şuradan narazıdır: “Milli Şura ilə bağlı “El” hərəkatının müəyyən problemləri, narazılıqları var. Vaxtı gələndə səbəbi açıqlayacağıq”.