Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                 

İCRA BAŞÇISI XƏTAİNİ SƏHRAYA ÇEVİRİR
Tarix: 5-09-2013, 10:25 | Çap et
İCRA BAŞÇISI XƏTAİNİ SƏHRAYA ÇEVİRİR
VƏ YAXUD RAZİM MƏMMƏDOVUN TƏBİƏTƏ OLAN NİFRƏTİ

Rayon sakinləri mətbuata ünvanladıqları müraciətlərin bir çoxunda vurğulayıblar ki, illər öncə Xətai yaşıllıqların sayına görə digər rayonlardan fərqlənirmiş. Razim Məmmədov rayona rəhbər keçəndən sonra isə ağacların qara günləri başlayıb. Apardığımız araşdırmalar isə göstərir ki, əslən Qərbi Azərbaycandan olan məmur rayona başçılıq etdiyi 2006-cı ildən bu yana saysız-hesabsız qanunsuzluqlara imza atıb, minlərlə ağacın qırılmasına səbəb olub. Haqqında mətbuatda gedən tənqidlərdən məlum olur ki, icra başçısı Xətainin bütün qəsəbələrində boş torpaqları satıb, ağaclarla dolu olan sahələri isə şumlatdırıb. Fikrimizi başqa sözlə ifadə etsək, məmur ağacları kəsdirərək yerini ayrı-ayrı şəxslərə satıb. Bizə məlum olan rəqəmlərə görə, hazırda Xətaidə obyekt tikintisi üçün satılan ən ucuz yerlərin bir kvadratmetri 2 min manatdan başlayır. Yəni 40 kvadratmetrlik yerin qiyməti 80 min manatdır. Həzi Aslanov qəsəbəsində, Məhəmməd Hadi küçəsinə gedən istiqamətdə bir müddət öncə aparılan «yaşıl soyqırım» nəticəsində böyük bir ərazi tanınmış iş adamlarından birinə satılıb. Deyilənə görə, həmin sahibkar başdan-başa ağacla əhatə olunan sahəni ələ keçirmək üçün icra hakimi ilə 15 milyon manat qarşılığında razılaşıb. Qısa zaman kəsiyində burdakı ağaclar vəhşicəsinə qırılıb, yerində ticarət obyektləri tikilib. Məlumata görə, kəsilən ağacların yerində «Azza», «Sultan», «Daimoni» kimi brend firmaların mağazaları fəaliyyət göstərməyə başlayıb. Bundan başqa, Razim Məmmədovun başçılığı ilə Heydər Əliyev parkının yuxarı hissəsindəki ağaclar da amansızcasına qırılıb və yeri müəyyən miqdarda pulun qarşılığında kiməsə satılıb. Hətta bu məsələ ilə bağlı mətbuatda gedən informasiyalardan sonra icra hakiminə yuxarılardan sərt xəbərdarlıq da gəlib. Buna baxmayaraq, başçı qanunsuz işlərini yenə də davam etdirməkdədir. Bu arada, bir neçə ay əvvəl Xətai rayonu, Gəncə prospekti 73 saylı binanın qarşısında ağaclar kəsilməsi barədə xəbər vermişdik. Sakinlərin bildirdiyinə görə, onlarla ağacı kəsib yerində naməlum tikili tikiblər. Maraqlıdır ki, həmin zaman özlərini ekologiya idarəsinin işçiləri kimi təqdim edən bir qrup şəxs ağacları kəsməyə cəhd göstərib. Sakinlərin etirazından sonra ərazidən uzaqlaşıblar.

Vətəndaşlar onu da bildirib ki, binanın yeganə yaşıllıq zolağı binanın qarşısıdır. Qeyd edək ki, Xətai rayonu Gəncə prospekti 20 A ünvanında baş verən torpaq sürüşməsində Razim Məmmədov suçlanıb. Sakinlər bildiriblər ki, ərazidə tikinti məqsədi ilə qazıntı işlərinə başlanılıb. Bu məqsədlə də bir neçə ağac kəsilib. Bundan sonra isə sürüşmə baş verib. Vətəndaşlar qeyd ediblər ki, həm yaşıllıqların məhv edilməsində, həm də digər yaşayış binalarının təhlükə altına atılmasında başçının günahı böyükdür. Çünki burdakı yeni tikililər məhz icra başçısına məxsusdur: «Yaşıllıqları çox sakit şəkildə məhv etdilər. İndi bir-iki yerdə yaşıllıq qalıb ki, onu da məhv edəcəklər. Kimsə də söz deyə bilmir. Dəfələrlə müraciətlər etsək də, bizə aşkar surətdə bildiriblər ki, Razim Məmmədov birbaşa olaraq yuxarılarla məsələni həll etdiyindən yaşıllıqların məhv edilməsinə belə göz yumulur». Xətaidə ağacların daha çox kəsildiyi yerlərdən biri də Qaçaq Nəbi və Məzahir Rüstəmov küçələrinin arasında yerləşən sahədir. Bir müddət əvvəl mətbuatda yayılan məlumata görə, «Səma» kafesinin yaxınlığında çoxlu sayda ağaclar kəsilib və gecə ikən ərazidən aparılıb: «Ərazidə işlər yalnız gecədən sonra aparılır. Agaclar kəsilir, onların kəsilməsini gizlətmək üçün kəsilmiş ağacın kötüyü torpaqla, daşla və sement məhlulu ilə basdırılır». Onu da bildirək ki, hazırda Əhmədli, Həzi Aslanov, NZS və Köhnə Günəşli qşəsəbələri ərazisində vur-çatlasın torpaq alveri gedir və böyük yaşıllıq sahələri məhv edilir. Bu qədər özbaşınalıq törətməsinə baxmayaraq, icra hakiminə təpinən, «gözün üstə qaşın var» deyən yoxdur. Satdığı torpaqlar hesabına milyonçuya çevrilən Razim Məmmədov özünə və yaxın qohumlarına yüksək səviyyəli şərait qurub. Onun təkcə Xətai rayonu ərazisindəki qəsrlərinin qiyməti on milyonlarla ölçülür. Bakının ən bahalı yerlərində müxtəlif qohumlarının adına sənədləşdirdiyi mənzilləri var. Hələ biz «milyonçular məhləsi»ndəki imarətlərindən danışmırıq. Yaxud ölkənin ən dilbər rayonlarında tikdirdiyi villalarını demirik. Bizə çatan məlumatlara görə, icra başçısının Xətai rayonu ərazisində yüzlərlə irili-xırdalı obyektləri var. Oğlunun 15 yaşı olanda 260 min avroya «Porsche» almışdı. Görəsən, o bütün bunları vəzifə maaşı iləmi əldə edib? Buna qətiyyən inanmırıq. Əgər 800-1000 manat maaşla bu qədər varidat yığmaq mümkün olsaydı, onda çoxları Razim Məmmədova bənzəyərdi. Çox istərdik ki, cənab prezident Xətaini yaman günə qoyan icra hakimi ilə bağlı müvafiq ölçü götürüb tezliklə onu vəzifədən uzaqlaşdırsın.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru