ZAKİR FƏRƏCOVA QARŞI ŞOK FAKTLAR
Tarix: 9-09-2013, 11:13 | Çap et
“Azadlıq”ın ötən saylarında Abşeron sakini Ilahə Alıyevanın baş prokuror Zakir Qaralova müraciətini dərc etmişdik. Həmin müraciətdə Ilahə Alıyeva Abşeron Rayon Icra Hakimiyyətinin Eldəniz Səfərov adlı əməkdaşı tərəfindən aldadıldığını bildirirdi. Şikayətçinin sözlərinə görə, Eldəniz Səfərov ona Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən Xırdalan və Masazırda əlillər üçün tikilən evlərdən mənzil veriləcəyini bildirib və bunun müqabilində külli miqdarda pul alıb:
“Mənə dedi ki, qohumlarımdan biri ayağından əlil olduğu üçün ona həmin evlərdən birində 3-cü mərtəbədə 2 otaqlı mənzil verilib. Lakin o, həyət evi istədiyinə görə icra başçısı tapşırıb ki, ona verilən evi mənə versinlər. Eldəniz mənə dedi ki, əgər 22 min manat pul versəm bu məsələ həll olunar. Mən 9 min manat düzəldib Eldənizə verdikdən sonra bildirdim ki, qardaşım 2-3 aya qalan pulu da verəcək. Səhəri gün o zəng edərək min manat da gətirməyi təklif edərək, qalan pulu isə sonra verməyimə razı oldu. Bu məqsədlə o, kirayədə yaşadığım evə gələrək anamın yanında məndən 1100 manat aldı.
Təxminən 2 ay sonra qardaşım yerdə qalan pulu da verdi. Eldəniz bildirdi ki, 2012-ci ilin sentyabr ayının axırı və ya oktyabrın əvvəli tam təmirli evimə köçəcəyəm.
Avqust ayında isə o, kirayədə qaldığım evə gələrək bildirdi ki, prezidentin göstərişinə əsasən əlillərin evlərinə dəyəri 15 min manat məbləğində olan mebel və məişət avadanlıqları verilib. Təklif etdi ki, həmin avadanlıqlara görə ona 4 min manat versəm, mebel dəstini əlil qohumundan alıb mənə verəcək. 2013-cü ilin fevral ayında mən ona bu məqsədlə 4 min manat verdim. Həmin puldan o, mənə 250 manat qaytararaq, bunu uşaqlarıma pay olaraq verdiyini bildirdi".
* * *
Ilahə Alıyeva iddia edir ki, sonradan həmin şəxsin onu aldatdığı bəlli olub: “Mən ondan pulumu tələb etdim. O isə dedi ki, pulu Zakir Fərəcova vermişəm, geri ala bilmərəm. Ona görə də nə pulu verəcək, nə də evi. Hətta mənə dedi ki, hara şikayət edirsən et, sənə heç kim inanmayacaq.
Dedi ki, Milli Məclisin sədri Oqtay Əsədov Zakir Fərəcovun xalası oğludur. Zakir Fərəcəvoun qardaşı isə deputatdır. Onlar icra başçısına himayədarlıq edirlər. Ona görə də sənə heç kim inanmaz ki, icra başçısı sənin pulunu alıb".
Şikayətçinin sözlərinə görə, o baş verənlər barədə Abşeron polisinə müraciət edib. Lakin polis işi ört-basdır etməyə çalışır.
Eldəniz Səfərov isə “Azadlıq”a bildirmişdi ki, Ilahə Alıyevanın söylədikləri yalandır: “Hazırda bu işlə bağlı araşdırmalar gedir. Mən də vəzifəmdən getmişəm. Istintaqın obyektiv aparılması üçün. Artıq araşdırmalar zamanı bəzi məsələlər aydınlaşıb. Bu adamlar məni ləkələyir. Və yəqin ki, haqq-ədalət öz yerini tapacaq”.
* * *
Bu günlərdə Ilahə Alıyeva Eldəniz Səfərovla danışıqlarının stenoqramını redaksiyamıza təqdim edib. Məlumat üçün deyək ki, şikayətçi Eldəniz Səfərovla danışıqlarının hamısını qeydə alaraq disklərə köçürüb. Həmin disklər istintaqa təqdim edilib. Audio faktlar Məhkəmə Ekspertiza Mərkəzində ekspertizadan keçirilib və bəlli olub ki, Ilahə Alıyeva ilə danışan Eldəniz Səfərovdur. Şikayətçi ekspertizanın rəyini də qəzetimizə təqdim edib.
Eldəniz Səfərovla Ilahə Alıyevanın danışqlarına gəlincə, şikayətçinin ittihamlarının heç də əsassız olmadığı aydın olur.
Məsələn, danışıqlarda Ilahə Alıyeva Eldəniz Səfərovdan xahiş edir ki, evi ona göstərsin. Eldəniz Səfərov isə bildirir:
- Vallah, indi mən sizə söz deyim. Biri Xırdalan, icra hakimiyyətinin böyründəki binadır. Mən indi konkret hansı olacağını bilmirəm.
I.A: Hansı olacağı lazım deyil e.
E.S: Xırdalan döngəsində tikilən bina var e, bu de böyründə.
I.A: Hə.
E.S. Icra hakimiyyətinin yanında. Mən gedə bilmərəm e. Məni düz başa düşün. Hamı bu dəqiqə...Bu dəqiqə elə bir dövrdür ki...
I.A: Dur gedək qıraqdan göstərin.
E.S: Orda cəmi 3 dənə bina var.
I.A: O yox e, icra hakiminin yanındakı.
E.S: Yox o gölün yanında üçcə dənə bina var.
I.A: Göl hansı tərəfdə?
E.S: A bu Ceyrandatan gölü, Qafqaz Universitetinin yanı yoxdu?!
I.A: Ora gediblər axı. Orda deyiblər ki, burda evlər paylanıb.
E.S: Onlar gedib, paylanmış evə gediblər.
I.A: Yəni iki il bundan qabaq paylanıb.
E.S: Əşi iki il nədi. 4 il, 5 il qabaq paylanıb. Bir hissəsi paylanıb. O o birisi binadı e. Mən dediyim binada yaşayış yoxdur.
I.A: Qafqaz Universitetinin yanı?
E.S: Bir ordakı binalardan biridi, biri də bu icra hakimiyyətinin böyründə var e, o binalardan biridir. Bir də başçının qardaşı tikib.
Göründüyü kimi Eldəniz Səfərov burada Ilahə Alıyevaya mənzil təklif etdiyi binanı göstərməkdən yayınır. Ziddiyyətli danışır. Hər dəfə bir söz deyir.
Sonrakı danışıqlarda Eldəniz Səfərov deyir:
- Ev konkret nə vaxt bölünəcək bilinmir. Hamı gözləyirdi ki, Sumqayıtdan qabaq gəlib Abşerona verə, oradan Sumqayıta gedə(Ilham Əliyevi nəzərdə tutur - red ).Getdi Sumqayıta 400 nəfərə verdi, çıxdı gəldi. Onların proqramını biz hazırlamırıq axı, prezidentin proqramını. Biz düzüb-qoşum işimizi görüb... Gözləməkdən başqa çarəmiz yoxdur.
I.A: Sən sentyabr, oktyabr dedin, noyabr oldu, dekabr oldu, yanvar oldu. Indi də mart oldu. Gölün qırağı, bir də icra hakimiyyətinin yanı. Dünən gəlib bütün zonanı gəzdik elə bir şey yoxdu.
E.S: Ode o əllillərə verdiyimiz bina var ha, camaat yaşayır e. 4 ildir camaat orda yaşayır. 18 dənə binanı şəxsən mən satmışam. 21 mindən, 24 mindən.
Burada aydın olur ki, Abşeron Rayon Icra Hakimiyyəti əlillər üçün ayrılan evləri satmaqla məşğuldur.
Danışıqlarda Eldəniz Səfərov sona Ilahə Alıyevaya müxtəlif bəhanələr gətirir. Ona təklif edilən mənzilin hansı binadan olması, nə vaxt veriləcəyi barədə ziddiyyətli açıqlamalar verir.
Əldə etdiyimiz məlumata görə, Eldəniz Səfərovla Abşeronun icra başçısı Zakir Fərəcov arasında qohumluq əlaqələri var. Onun bu vaxta qədər məsuliyyətdən kənarda qalmasının sirri də bundadır. Məlumatda həmçinin bildirilir ki, hazırda bu iş DIN-inin istintaq idarəsində araşdırılır. Lakin Ilahə Alıyeva işin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə verilməsini istəyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|