"AKİ-İNTER"İN XARİCDƏ TƏHSİL FIRILDAĞI
Tarix: 9-09-2013, 11:45 | Çap et
VƏTƏNDAŞLARIN CİBLƏRİNƏ NECƏ GİRİRLƏR?Bu gün müstəqil Azərbaycan dövlətinin gənc vətəndaşları dünyanın bir çox ölkələrində ali təhsil imkanlna malikdiriər. Məlum olduğu kimi Azərbaycanda elm və təhsilin maddi-texniki bazası, eləcə də bu sahədə kadr potensialı əsasən XX əsrdə formalaşıb. Bu baxımdan 1970–1980-ci illərdə Azərbaycanlı gənclərin kütləvi şəkildə SSRİ-nin müxtəlif ali məktəblərinə təhsil almağa göndərilməsi pespublikamızın yüksəkixtisaslı mütəxəssislərlə təminatı baxımından böyük əhəmiyyət kəsb edirdi. Müasir dövrümüzdə də Azərbaycanın elm və təhsil sahələrində geniş inteqrasiya prosesləri müşahidə olunur. Dünyanın bir sıra ölkələri ilə bu sahədə əməkdaşlığımız möhkəmlənib, alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Bu gün ölkənin xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarına yiyələnmiş və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəmiş yüksək hazırlıqlı mütəxəssislərə olan tələbatının ödənilməsi zərurəti artıb. Bu baxımdan Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirakını təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 2006-cı il 19 oktyabr tarixli, 1746 nömrəli sərəncam xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncama uyğun olaraq hazırlanmış “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədlərinə xidmət edir.
Qeyd etmək lazımdır ki, hazırda bu “Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə ölkəmizdə bir çox özəl təsisatlar da fəaliyyət göstərirlər. Bu təsisatlardan biri də “AKİ İNTER”- Təhsil mərkəzidir. Bu gün AKİ İnter bütün beynəlxalq şirkətlər tərəfindən tanınır və YFU, Study Group, Forte, CİEE, ACES, KAPLAN-ASPECT və digər təhsil proqramları üzrə fəaliyyət göstərir. Etiraf etmək lazımdır ki, fəaliyyətdə olduğu illər ərzində mərkəz azərbaycanlı gənclərin xaricdə təhsil almaları istiqamətində bir çox uğurlara imza atmışdır. Bununla belə təcrübə göstərir ki, təhsil sahəsində fəaliyyət göstərən ən qabaqcıl şirkət və müəssisələrin işində belə müəyyən nöqsanlar müşahidə oluna bilər. Lakin istənilən halda bu nöqsanlar digər vətəndaşların hüquqlarını pozmamalıdır. Redaksiyamıza ərizə ilə müraciət etmiş Şəki şəhər sakini Şərafət Abdurahmanova isə məhz belə bir haqsızlıqla qarşılaşdığını iddia edir. Öz ərizəsində Ş. Abdurahmanova baş verənləri belə təsvir edir: “Yazıb sizə məlum edirəm ki, mən, oğlum Abdurahmanlı Semral Arif oğlunun Ukraynada ali təhsil alması üçün 10 sentyabr 2012-ci il tarixində AKİ İnter təhsil mərkəzinin Bakı şəhərində yerləşən ofisinə müraciət etmişəm. Ofisin meneceri Tərlan Adığözəlov bildirdi ki, 2500 manat ödəniş etməliyik. Mən də həmin məbləği ödədim. Bu ödənişə əsasən vəd olundu ki, oğlum orada müəyyən olunmuş şəxslər tərəfindən qarşılanacaq, lazımı yataqxana şəraiti ilə təmin olunacaq və seçdiyimiz ixtisas üzrə yerləşdiriləcək. Lakin məqam gəlib çatanda oğlum vəd olunanaların heç biri ilə təmin olunmadı. Hətta seçdiyimiz ixtisas üzrə belə təyinat verilmədi. Bu cür məsuluyyətsizliklərin ucbatından, mən məcbur olub oğlumu atasının yanına, Rusiya Federasiyasının Novosibirsk şəhərinə oxumağa göndərdim.
Ofisə ödədiyim 2500 manat pulun yalnız 260 manatı Bakı-Kiyev reysi üçün xərcləndi. Qalan 2240 manat üçün dəfələrlə AKİ İnterin ofisinə müraciət edib pulu geri istədikdə isə, menecer Tərlan Adıgözəlov hər dəfə pulu qaytarmayacağını bildirir.
Axı, bu nə dərəcədə düzgündür? Mənim oğlum orada təhsil almırsa, bu pul onlarda nə səbəbə qalmalıdır? Bütün əlaqədar instansiyalardan artıq dərəcədə xahiş edirəm, mənə bu pulu geri almaqda köməklik göstərərsiniz. Hazırda bu pula mənim son dərəcə ehtiyacım var, oğlumun indi təhsil aldığı ünvana ödəniş etməliyəm. Bunun üçün yeganə ümüdim həmin puldur.”
Öz növbəmizdə ümid edirik ki, AKİ İnter təhsil mərkəzinin rəhbərliyi bu məsələyə diqqət yetirəcək və məsuliyyətsiz əməkdaşların yol verdikləri özbaşınalığın nəticəsi tez bir zamanda aradan qaldırılacaq.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50 |
|
|
|
• Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47 |
|
|
|
• Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44 |
|
|
|
• Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38 |
|
|
|
• Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36 |
|
|
|
• Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30 |
|
|
|
• Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29 |
|
|
|
• Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27 |
|
|
|
• TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22 |
|
|
|
• “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19 |
|
|
|
• “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15 |
|
|
|
• Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13 |
|
|
|
• “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11 |
|
|
|
• “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08 |
|
|
|
• Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04 |
|
|
|
• "Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43 |
|
|
|
• Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40 |
|
|
|
• "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35 |
|
|
|
• Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
• "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31 |
|
|
|
• Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10 |
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
|