Əsas Səhifə > Güney Press, Araşdırma > "AKİ-İNTER"İN XARİCDƏ TƏHSİL FIRILDAĞI

"AKİ-İNTER"İN XARİCDƏ TƏHSİL FIRILDAĞI


9-09-2013, 11:45
"AKİ-İNTER"İN XARİCDƏ TƏHSİL FIRILDAĞI
VƏTƏNDAŞLARIN CİBLƏRİNƏ NECƏ GİRİRLƏR?

Bu gün müstəqil Azərbaycan dövlətinin gənc vətəndaşları dünyanın bir çox ölkələrində ali təhsil imkanlna malikdiriər. Məlum olduğu kimi Azərbaycanda elm və təhsilin maddi-texniki bazası, eləcə də bu sahədə kadr potensialı əsasən XX əsrdə formalaşıb. Bu baxımdan 1970–1980-ci illərdə Azərbaycanlı gənclərin kütləvi şəkildə SSRİ-nin müxtəlif ali məktəblərinə təhsil almağa göndərilməsi pespublikamızın yüksəkixtisaslı mütəxəssislərlə təminatı baxımından böyük əhəmiyyət kəsb edirdi. Müasir dövrümüzdə də Azərbaycanın elm və təhsil sahələrində geniş inteqrasiya prosesləri müşahidə olunur. Dünyanın bir sıra ölkələri ilə bu sahədə əməkdaşlığımız möhkəmlənib, alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Bu gün ölkənin xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarına yiyələnmiş və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəmiş yüksək hazırlıqlı mütəxəssislərə olan tələbatının ödənilməsi zərurəti artıb. Bu baxımdan Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirakını təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış 2006-cı il 19 oktyabr tarixli, 1746 nömrəli sərəncam xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncama uyğun olaraq hazırlanmış “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədlərinə xidmət edir.

Qeyd etmək lazımdır ki, hazırda bu “Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə ölkəmizdə bir çox özəl təsisatlar da fəaliyyət göstərirlər. Bu təsisatlardan biri də “AKİ İNTER”- Təhsil mərkəzidir. Bu gün AKİ İnter bütün beynəlxalq şirkətlər tərəfindən tanınır və YFU, Study Group, Forte, CİEE, ACES, KAPLAN-ASPECT və digər təhsil proqramları üzrə fəaliyyət göstərir. Etiraf etmək lazımdır ki, fəaliyyətdə olduğu illər ərzində mərkəz azərbaycanlı gənclərin xaricdə təhsil almaları istiqamətində bir çox uğurlara imza atmışdır. Bununla belə təcrübə göstərir ki, təhsil sahəsində fəaliyyət göstərən ən qabaqcıl şirkət və müəssisələrin işində belə müəyyən nöqsanlar müşahidə oluna bilər. Lakin istənilən halda bu nöqsanlar digər vətəndaşların hüquqlarını pozmamalıdır. Redaksiyamıza ərizə ilə müraciət etmiş Şəki şəhər sakini Şərafət Abdurahmanova isə məhz belə bir haqsızlıqla qarşılaşdığını iddia edir. Öz ərizəsində Ş. Abdurahmanova baş verənləri belə təsvir edir: “Yazıb sizə məlum edirəm ki, mən, oğlum Abdurahmanlı Semral Arif oğlunun Ukraynada ali təhsil alması üçün 10 sentyabr 2012-ci il tarixində AKİ İnter təhsil mərkəzinin Bakı şəhərində yerləşən ofisinə müraciət etmişəm. Ofisin meneceri Tərlan Adığözəlov bildirdi ki, 2500 manat ödəniş etməliyik. Mən də həmin məbləği ödədim. Bu ödənişə əsasən vəd olundu ki, oğlum orada müəyyən olunmuş şəxslər tərəfindən qarşılanacaq, lazımı yataqxana şəraiti ilə təmin olunacaq və seçdiyimiz ixtisas üzrə yerləşdiriləcək. Lakin məqam gəlib çatanda oğlum vəd olunanaların heç biri ilə təmin olunmadı. Hətta seçdiyimiz ixtisas üzrə belə təyinat verilmədi. Bu cür məsuluyyətsizliklərin ucbatından, mən məcbur olub oğlumu atasının yanına, Rusiya Federasiyasının Novosibirsk şəhərinə oxumağa göndərdim.

Ofisə ödədiyim 2500 manat pulun yalnız 260 manatı Bakı-Kiyev reysi üçün xərcləndi. Qalan 2240 manat üçün dəfələrlə AKİ İnterin ofisinə müraciət edib pulu geri istədikdə isə, menecer Tərlan Adıgözəlov hər dəfə pulu qaytarmayacağını bildirir.

Axı, bu nə dərəcədə düzgündür? Mənim oğlum orada təhsil almırsa, bu pul onlarda nə səbəbə qalmalıdır? Bütün əlaqədar instansiyalardan artıq dərəcədə xahiş edirəm, mənə bu pulu geri almaqda köməklik göstərərsiniz. Hazırda bu pula mənim son dərəcə ehtiyacım var, oğlumun indi təhsil aldığı ünvana ödəniş etməliyəm. Bunun üçün yeganə ümüdim həmin puldur.”

Öz növbəmizdə ümid edirik ki, AKİ İnter təhsil mərkəzinin rəhbərliyi bu məsələyə diqqət yetirəcək və məsuliyyətsiz əməkdaşların yol verdikləri özbaşınalığın nəticəsi tez bir zamanda aradan qaldırılacaq.

Geri qayıt