SƏLİM MÜSLÜMOVUN RƏQƏMLƏRİNDƏ CİDDİ UYĞUNSUZLUQ
Tarix: 9-09-2013, 15:49 |
Çap et
VƏ BU FAKT NƏZƏRDƏN YAYINMAYIB
DİA.AZ: - «Bu günlərdə dövlət rəhbərliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümova qarşı sərt ittihamlar səsləndirilib». Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki mənbə ötürüb.
Qaynaq iddia edir ki, Səlim Müslümovun rəhbərlik etdiyi idarənin bu ilin ilk 6 ayının hesabatında ciddi uyğunsuzluqlar aşkarlanıb: «Bundan sonra hesablama palatası tərəfindən DSMF rəhbərliyinə xəbərdarlıq edilib. Amma bu xəbərdarlığa məhəl qoyulmayıb. Ardından da HP dövlət rəhbərliyini məlumatlanjdırıb. Və bununla da məsələ böyüyüb».
Mənbə iddia edir ki, DSMF-nin hesabatında büdcədən ayrılan vəsaitlə hesabatı verilən rəqəmlər arasında ciddi fərqlər meydana çıxmaqdadır: «Maraqlıdır ki, bu fakt hakimiyyətin bütün addımlarını titizcəsinə təqib edən müxalifyönümlü ekspertlərin də nəzərindən yayınıb».
Mənbəyə görə, yaxın günlərə qədər davam edən gərginliyi DSMF şefi hələ də yroluna qoya bilməyib: «Hələlik onunla bağlı hansı qərarın verildiyi məlum deyil. Amma anlaşılanı odur ki, Səlim Müslümova qarşı hansısa addım atılacaq».