DAHA BİR SABİQİ VƏZİFƏYƏ GƏTİRİRLƏR
Tarix: 10-09-2013, 12:40 |
Çap et
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşova yaxın zamanlarda yeni vəzifə veriləcək. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, keçmiş xidmət rəisi prezident seçkilərindən sonra yeni vəzifəsi açıqlanacaq.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Arif Qaraşova bu məsələdə kənd təsərrüfatı naziri İsmət Abbasov vasitəçilik edib.
Xəbərə aydınlıq gətirmək üçün Arif Qaraşovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Qeyd edək ki, bir neçə il əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsindən azad olunan Arif Qaraşov yeni işə təyinat almasa da əksər “vurulan” məmurlardan fərqli olaraq, onun biznesinə toxunulmayıb. Belə ki, Bakıda iri biznes strukturlarında payı olan Arif Qaraşov həm də paytaxtın məhşur klinikalarından olan «Medical Plaza»nın sahibidir. Onun qardaşı Taleh Qaraşov isə əvvəlcə Kürdəmir rayonunun icra başçısı olub, hazırda Lənkəran rayonuna rəhbərlik edir.